BAKI, 8 yanvar — Sputnik. Türkiyədə imam məscidin minarəsində ölüb.
Sputnik Azərbaycan Türkiyə mətbuatına istinadla xəbər verir ki, 49 yaşlı imam mikrofon xarab olduğu üçün azan verməkdən ötrü məscidin minarəsinə çıxıb. Amma minarədə infarkt keçirən kişi yerindəcə keçinib. İmamın cəsədini minarədən düşürmək üçün sakinlər kran çağırmalı olublar.