CƏMİYYƏT
Cəmiyyətin həyatında baş verən aktual hadisələr

Daha bir rayona polis rəisi təyin olundu

Daxili işlər naziri Ramil Usubov müvafiq əmr imzalayıb
Sputnik

BAKI, 8 yanvar — Sputnik. Daşkəsən Rayon Polis Şöbəsinin rəisi vəzifəsinə təyinat olub.

Sputnik Azərbaycan "Report"a istinadən xəbər verir ki, bununla bağlı daxili işlər naziri Ramil Usubov müvafiq əmr imzalayıb.

Bu vəzifəyə Göygöl Rayon Polis Şöbəsinin əməliyyat işləri üzrə rəis müavini Vəfadar Orucov təyinat alıb.

Qeyd edək ki, Daşkəsən Rayon Polis Şöbəsinin əvvəlki rəisi Fəxrəddin Abbasov isə Ağsu Rayon Polis Şöbəsinin rəisi vəzifəsinə təyin edilib.