HADİSƏ

Qasırğa ilə futbol oynadı, qardaşı isə bu anı videoya çəkdi

Güclü zərbədən sonra top uzağa uçur, lakin bumeranq kimi dərhal geri qayıdır
Sputnik

BAKI, 7 yanvar — Sputnik. İrlandiyalı futbolçu Eana O'Konnor təbiətin gücünü göstərmək üçün "Eleanor" qasırğası zamanı topu təbiət fenomeninə qarşı vurub.

Bu hadisənin videosunu isə onun qardaşı çəkib. Güclü zərbədən sonra top uzağa uçur, lakin bumeranq kimi dərhal geri qayıdır. Bu olayın videosunu təqdim edirik:

"Eleanor" qasırğası ucbatından İrlandiyada 55 min ev elektriksiz qalıb. Qasırğa Avropanın şimalına ciddi ziyan vurub.