TƏHLİL

Sadıxov: “İrandakı rejimi dəyişmək asan məsələ deyil”

Politoloq Fikrət Sadıxov deyir ki, ABŞ İranın xarici siyasətindən narazı olduğu üçün etirazçıları dəstəkləyir
Sputnik

Fikrət Sadıxov: “İran hakimiyyəti bu etirazlardan nəticə çıxarmalıdır”
Tehranın ABŞ-dakı səfiri Amerikanı İranın daxili işlərinə qarışmaqda ittiham edib. Politoloq Fikrət Sadıxov Sputnik Azərbaycan-a deyir ki, İranda baş verən hadisələrə xarici dövlətlər tərəfindən bir başa müdaxilə olmasa da ABŞ etirazçıları dəstəkləyir: 

“ABŞ açıq şəkildə bəyan edir ki, etirazçıları dəstəkləyəcək və onların tərəfindədir. Ancaq bu da bəllidir ki, küçələrdə etiraz eməklə İrandakı rejimi dəyişmək asan məsələ deyil”.