CƏMİYYƏT
Cəmiyyətin həyatında baş verən aktual hadisələr

Müəllimə intim əlaqəyə görə 1 milyon dollar ödəməli olacaq

Məhkəmə materiallarında bildirilir ki, müəllimə şagirdlərlə kampusda və öz maşınında sekslə məşğul olub
Sputnik

BAKI, 7 yanvar — Sputnik. Şagirdləri ilə intim əlaqəyə girməkdə günahlandırılan amerikalı müəllimə Nikol Düfodan şagirdlərin valideynləri 1 milyon dollar tələb edirlər. Sputnik Azərbaycan bu barədə Daily Mail-ə istinadən məlumat verir.

Məlumdur ki, 38 yaşlı qadın 2013-2014-cü illərdə 14-15 yaşlı 6 şagirdlə sekslə məşğul olub. 2014-cü ildə o həbs olunub.

Məhkəmə materiallarında bildirilir ki, müəllimə şagirdlərlə kampusda və öz maşınında sekslə məşğul olub. O, həmçinin şagirdlərə problem yaranmasın deyə sinif jurnalında qanunsuz dəyişikliklər edib.

Düfonun vəkili isə müəllimənin əslində qurban olduğunu deyir. Onun sözlərinə görə, müəllimə kəllə-beyin travması olduğuna görə şagirdlərə "yox" deyə və müqavimət göstərə bilməyib. "Söhbət beyin travmasından əziyyət çəkən müəllimə ilə cinsi əlaqəyə girmiş çox aqressiv bir şagird qrupundan gedir" — o bildirib.