Daha bir ölkədə soyuq hava can almaqda davam edir

Virciniya ştatında şiddətli soyuqlar həftənin sonuna kimi davam edəcək
Sputnik

BAKI, 7 yanvar — Sputnik. ABŞ-da davam edən soyuq hava şəraiti can almaqda davam edir. Modern.az xarici mediaya istinadən xəbər verir ki, ölkənin şərqində bir müddətdir hökm sürən soyuq hava şəraiti nəticəsində ölənlərin sayı artıq 22 nəfərə çatıb.

Məlumata görə, ABŞ Milli Meteorologiya Xidməti ölkənin şərqində, xüsusilə də, Virciniya ştatında şiddətli soyuqların həftənin sonuna kimi davam edəcəyini bildirib.