HADİSƏ

Dənizdə baş verən qəza nəticəsində onlarla insan itkin düşüb

Şərqi Çin dənizində iki gəmi toqquşub, 30 İran dənizçisi itkin düşüb
Sputnik

BAKI, 7 yanvar — Sputnik. Şərqi Çin dənizində Honkonqa məxsus gəmi və Panama bayrağı altında üzən neft tankerinin toqquşması nəticəsində 32 nəfər itkin düşüb.

Sputnik Azərbaycan bu barədə RİA Novosti-yə istinadən xəbər verir.

Hadisə axşam saatlarında baş verib. Toqquşma nəticəsində Honkonqun Sanchi gəmisində olanlara heç nə olmayıb. Gəmidəki 21 nəfər xilas edilib. 

İranın BRIGHT SHIPPING LIMITED şirkətinə məxsus CF CRYSTAL tankerində olan şəxslərin isə hamısı itkin düşüb. İtkin düşən dənizçilərdən 30 nəfəri iranlı, ikisi isə banqladeşlidir.

Qəza yerinə xilasetmə katerləri göndərilib. Neft tankerinin yandığı bildirilir.

Hadisənin səbəbləri araşdırılır.