İdmançı qar altında qalmaqdan son anda xilas oldu

Hadisəni jurnalistlərə danışan ispan xizəkçi ikinci dəfə doğulduğunu deyib
Sputnik

BAKI, 6 yanvar — Sputnik. 28 yaşlı ispan xizəkçi Alfons Qarsiya ölümdən dönüb. Sputnik Azərbaycan bu barədə "Daily Mail"-ə istinadən xəbər verir.

İdmançı, Kataloniya əyalətindəki Vlad D-Aranda dağlıq bölgəsində xizək sürərkən qar uçqununa səbəb olub. Lakin cəld tərpənərək sürətlə ətəyə doğru irəliləyən Qarsiya uçqunu qabaqlaya bilib. Hadisəni jurnalistlərə danışan ispan xizəkçi ikinci dəfə doğulduğunu deyib.

"Çox qorxunc anlar idi. Uçqunla aramda cüzi məsafə vardı. Sürətlə üstümə gəlirdi. Son anda canımı xilas edə bildim" — Qarsiya bildirib.