BAKI, 6 yanvar — Sputnik. Rusiyanın tanınmış həkimi və teleaparıcısı, tibb elmləri doktoru İrina Çukayeva vəfat edib.
68 yaşlı Çukayeva Moskvanın 13 saylı Şəhər kliniki xəstəxanasında keçinib.
İrina Çukayeva "Rossiya 1" və Rusiyanln İctimai televiziyasında yayımlanan "Sağlamlıq" studiyası" ("Студия "Здоровье") proqramının müəllifi və aparıcısı olub.