RUSİYA

Ramzan Kadırov Amerikanın İran planını açıqladı

ABŞ İran üçün “Troya atı” hazırlayır
Sputnik

BAKI, 6 yanvar — Sputnik. Çeçenistan muxtar respublikasının rəhbəri Ramzan Kadırov İranda 1 həftədən çoxdur davam edən etiraz aksiyalarına münasibət bildirib. O, 28 dekabrda iqtisadi problemlərdən doğan və daha sonra rejim əleyhinə nümayişlərə çevrilən mitinqlərin Amerika tərəfindən dəstəkləndiyini iddia edib.

Sputnik Azərbaycan xəbər verir ki, özünün rəsmi “Twitter” hesabında yazı paylaşan çeçen lider deyib: "ABŞ prezidenti Donald Tramp fürsətdən yararlanıb İrandakı etirazçılara dəstək vermək istəyir. Bundan əvvəl Liviya, Suriya, İraq, Əfqanıstan, Serbiya, Vyetnam və digər ölkələrin xalqlarına da Amerika yardım etmişdi. ABŞ İran üçün “Troya atı” hazırlayır”.