CƏMİYYƏT
Cəmiyyətin həyatında baş verən aktual hadisələr

Bakıda qəribə olay: İcarəyə götürdüyü avtomobili satdı

Nizami Dünyamalıyev ona dəyən ziyanın ödənilməsini tələb edib
Sputnik

BAKI, 6 yanvar — Sputnik. Bakı sakini üzləşdiyi dələduzluq əməli ilə bağlı polisə müraciət edib.

Sputnik Azərbaycan Lent.az-a istinadla xəbər verir ki, 1954-cü il təvəllüdlü Dünyamalıyev Nizami Xəlil oğlu polisə müraciət edərək bildirib ki, keçən ilin aprelində tanışı Nəzərov Nəriman Aslan oğlu onun "Brilliance 530" markalı, 01 AB 047 dövlət qeydiyyat nişanlı avtomobilini icarəyə götürüb. Müəyyən müddətdən sonra avtomobilin icarəyə verilməsi ilə bağlı 1180 manat borc yaranıb və icarədar avtomobilin və pulun verilməsini tələb edib. Lakin məlum olub ki, N.Nəzərov icarəyə götürdüyü avtomobili başqa şəxsə satıb.

Nizami Dünyamalıyev ona dəyən ziyanın ödənilməsini tələb edib.

Araşdırma aparılır.