Terrorçu qruplaşmanın liderinin qardaşı oğlu ələ keçdi

Keysan Gülən Sakaryadakı prokurorluğa gətirilib
Sputnik

BAKI, 6 yanvar — Sputnik. Türkiyədəki 15 iyul çevrilişinə cəhddə şübhəli bilinən və hazırda Amerikada yaşayan Fətullah Gülənin qardaşı oğlu Keysan Gülən həbs olunub. Sakarya Respublika Prokurorluğunun göstərişi ilə əməliyyat keçirən İstanbul polisi onun gizləndiyi evi tapıb, özünü isə həbs edib.

Sputnik Türkiyə xəbər verir ki, Keysan Gülən tutulduqdan sonra Sakaryadakı prokurorluğa gətirilib.

Qeyd edək ki, bundan əvvəl FETÖ liderinin digər qardaşı oğlu Şamil Gülən Sakaryada həbs olunmuşdu.

Gülənlər barədə istintaq işi davam edir.