Gənclər “şeytan ayini” keçirib, intihar etdilər

Gənclər Yunanıstana nömrəsi saxtalaşdırılmış kirayə avtomobillə gəliblər
Sputnik

BAKI, 6 yanvar — Sputnik. Yunanıstan adalarından birində gənc cütlüyün meyiti tapılıb. Sputnik Azərbaycan “The Sun”a istinadən xəbər verir ki, gənclər Kefaliniya adasında şeytan ayini keçirdikdən sonra ölüb. Ölən gənclərin yanında şamlar, bıçaq və pentaqramma aşkarlanıb.

Əslən Bolqariyadan olan 23 yaşlı Lili Botışeva və onun sevgilisi, Almaniyadan olan 30 yaşlı gənc yanvarın 2-nə təsadüf edən ilin ilk bütöv ayına həsr etdikləri hansısa ayinə hazırlaşırmışlar. Məlumata görə, gənc qadın bıçaqlanmadan ölüb. Onun sevgilisi qızın ölümünə baxdıqdan sonra vannada intihar edib. Onların meyitlərini dekabrın 31-də evin sahibi aşkar edib. Cütlük evi dekabrın 26-da kirayələyibmiş. Yerli sakinlərin sözlərinə görə, gənclər evə yerləşdikdən sonra küçəyə bir dəfə də olsun çıxmayıblar.

Qeyd edək ki, Botışeva keçən ilin iyun ayından İnterpol tərəfindən itkin kimi axtarışa verilib. Gənclər Yunanıstana nömrəsi saxtalaşdırılmış kirayə avtomobillə gəliblər.