Şahzadə və sevgilisi bal ayını Türkiyədə keçirmək istəyir

Aktrisa bir neçə il əvvəl Kapadokyada istirahətdə olub və məkan onun çox xoşuna gəlib
Sputnik

BAKI, 6 yanvar — Sputnik. Britaniya şahzadəsi Harri və onun aktrisa sevgilisi Meqan Markl toy üçün günləri saymağa başlayıblar. Sputnik Azərbaycan NTV-yə istinadən xəbər verir ki, cütlük hazırda bal ayını harada keçirmək barədə bir neçə variantı gözdən keçirir.

Onlar xeyli sayda məkanı ixtisar etdikdən sonra 6 ən uğurlu yerin listini çıxarıblar. Həmin siyahıda Türkiyənin Kapadokya vilayəti də var.

Türkiyəni siyahıya Meqan Markl özü salıb. Çünki aktrisa bir neçə il əvvəl Kapadokyada istirahətdə olub və məkan onun çox xoşuna gəlib. Burada isti balonlarla havada gəzmək turistlərə əyləncənin dadını çıxarmağa imkan verir.

Türkiyədən başqa siyahıda Ruanda, Zambiya, Botsvana Respublikası, Meksika və ABŞ-ın Havay adaları da var.