CƏMİYYƏT
Cəmiyyətin həyatında baş verən aktual hadisələr

Türkmənçay sazişinin 190 illiyi: Sülh bizə nələr verdi?

Azərbaycan və Rusiya politoloqları Türkmənçay sülh müqaviləsinin Cənubi Qafqaz regionu üçün əhəmiyyəti və rolundan danışacaqlar
Sputnik

BAKI, 5 yanvar — Sputnik. Türkmənçay sülh sazişinin imzalanmasından 190 il keçir. Bu müqavilə Rusiyanın Gülüstan sazişi (12 oktyabr 1813-cü il) ilə əldə etdiyi əraziləri bir daha təsdiqləyib. Bundan əlavə, Rusiya Türkmənçay müqaviləsi ilə İrəvan və Naxçıvan xanlıqlarını da öz ərazisinə qatmış oldu. Üstəlik, Fars imperiyasının üzərinə 20 milyon rubl dəyərində təzminat tələbi qoyulub.

Azərbaycan və Rusiya siyasətşünasları bu tarixi sənədin Cənubi Qafqaz regionu üçün əhəmiyyəti və rolu barədə öz fikirlərini bölüşəcəklər. Sülh sazişinə həsr olunmuş tədbir rusiyalı tarixçı-alim, politoloq Sergey Kuznetsov və azərbaycanlı tarixçı, Qafqaz Tarixi Mərkəzinin rəhbəri Rizvan Hüseynovun iştirakı ilə 9 yanvar saat 12:00-da "Sputnik Azərbaycan" Multimedia Mətbuat Mərkəzində baş tutacaq.

Əlaqə:

Telefonlar: 404-13-84/85

E-mail: i.velizade@rian.ru

Tədbir "Sputnik Azərbaycan" Multimedia Mətbuat Mərkəzində, Mətbuat prospekti, 529-cu məhəllə, 23 M (4-cü mərtəbə) ünvanında keçiriləcək.