BAKI, 5 yanvar — Sputnik. Çinin dövlət başçısı Si Cinpin ölkənin şimalındakı Xebei bölgəsində minlərlə əsgərə xitab edib. O, hərbçilərə "döyüşə və ölümə hazır olun" əmri verib. Sputnik Azərbaycan "The Guardian"-a istinadən xəbər verir ki, Çinin tarixində hələ heç bir dövlət başçısı birbaşa əsgərlərə bu cür xitab etməyib.
Analitiklər hesab edir ki, Si Cinpini belə bir əmr verməyə məcbur edən əsas faktor son günlər ABŞ və Şimali Koreya arasında yaşanan gərginlikdir. "Nüvə müharibəsi riskinin olduqca yüksək olduğu bölgədə Çin liderinin əsgərlərə "döyüşə və ölümə hazır olun" əmri verməsi normal qarşılanmalıdır" – ekspertlər bildirir.
Çinin qurucusu Mao Tszedunqdan sonra ölkənin ən güclü dövlət rəhbəri sayılan Si Cinpinin çıxışını dinləyən əsgərlər onun əmrini yerinə yetirəcəklərinə and içiblər.
Qeyd edək ki, Çin hökuməti 2050-ci ilə qədər dünyada ən güclü orduya sahib olmağı qarşısına hədəf qoyub.