BAKI, 5 yanvar — Sputnik. ABŞ Mərkəzi Bankının (FED) dekabr ayındakı toplantısı ərəfəsində FED ilə birbaşa əməliyyat aparan 23 bazar iştirakçısı arasında faiz gözləntilərinə dair sorğu keçirilib.
Sputnik Azərbaycan "Bloomberght"ə istinadla xəbər verir ki, sorğuya görə, bazar iştirakçıları FED-in 2018-ci ilin mart, iyun və sentyabr aylarında cəmi üç dəfə faiz artıracağını gözləyirlər.
Sorğu 30 noyabr – 4 dekabr tarixləri arasında keçirilib.