Üzünü saqqal basan ən tüklü qadın ərə getdi – VİDEO

Atası qızının vəziyyətinin düzəlmədiyini, sadəcə mütəmadi olaraq üzünü qırxdığını deyib
Sputnik

BAKI, 5 yanvar — Sputnik. Dünyanın ən tüklü qadını olan Sumatra Susuphan 2010-cu ildə Ginnesin Rekordlar Kitabına düşüb. Susuphanın şəkilləri ilk dəfə yayılarkən sosial şəbəkələrdə şok təsiri yaratmış və insanların diqqətini çəkmişdi.

Supatra Sasuphan

Sputnik Azərbaycan "Haberler"ə istinadla xəbər verir ki, gənc qadın həddindən artıq saç uzanmasına səbəb olan "qurd adam" sindromundan ("Ambras" sindromu) əziyyət çəkir. Bu xəstəlik o qədər nadirdir ki, dünyada sadəcə 50 nəfər bu xəstəliyə tutulub.

Uşaq olanda lazerlə müalicə edilməsinə baxmayaraq, Sumatranın saçları uzanmağa davam edib. Ancaq sosial mediada çıxan son görüntüləri qadının artıq tüksüz bir sifətə malik olduğunu göstərib. Atası Samrernq qızının vəziyyətinin düzəlmədiyini, sadəcə mütəmadi olaraq üzünü qırxdığını deyib.

Sumatra facebook səhifəsində evləndiyini və çox xoşbəxt olduğunu da söyləyib.