CƏMİYYƏT
Cəmiyyətin həyatında baş verən aktual hadisələr

Klub rəhbəri: "İtkin düşən alpinistlər sağ qala bilərlər" - VİDEO

Axtarışlar iki istiqamətdə - Qəbələ və Mahmuddərə ərazilərində davam etdirilir
Sputnik

BAKI, 5 yanvar — Sputnik. "İtkin düşən alpinistlər peşəkar olduqlarından üç həftə sağ qala bilərlər".

Sputnik Azərbaycan "Report"a istinadən xəbər verir ki, bunu "Gilavar" Hava-Ekstremal İdman Klubunun rəhbəri Ziya Qasımov bildirib.

Onun sözlərinə görə, itkin düşənlərin hər üçü peşəkar alpinistdir: "Bu sahə üzrə peşəkar olan alpinistlər belə şəraitdə üç həftə sağ qala bilirlər. Axtarışlar davam edir, aidiyyəti qurumların əməkdaşları hər hansı bir nəticə əldə etmək üçün birgə səylə çalışırlar. Axtarışlar iki istiqamətdə — Qəbələ və Mahmuddərə ərazilərində davam etdirilir".