BAKI, 4 yanvar — Sputnik. İstanbulun Ataşehir səmtində torpaq sürüşməsi baş verib.
Sputnik Azərbaycan Türkiyə mətbuatına istinadən xəbər verir ki, hadisə günorta saatlarında Barbaros məhəlləsinin Şebboy küçəsində yerləşən maşın dayanacağında baş verib. Ərazinin yaxınlığında inşa edilən tikilinin bünövrəsində çökmə meydana gəlib.
Çökmə səbəbindən tikilidə işlər dayandırılıb, aşma təhlükəsi olanlar avtomobillər kran vasitəsi ilə ərazidən çıxarılıb.
Digər avtomobillərin sürücüləri maşınlarını özləri hadisə yerindən aparıblar. Hadisə yeri boşaldılıb və girişə qadağa qoyulub.