SİYASƏT
Ölkənin ictimai-siyasi həyatına, xarici siyasətə, beynəlxalq siyasi gündəmə dair məqalələr

Rusiya xristianlarının lideri İlham Əliyevə məktub göndərib

"Azərbaycan rəhbərliyi ilə Rus Pravoslav Kilsəsinin Bakı və Azərbaycan Yeparxiyası arasında yaranmış konstruktiv qarşılıqlı münasibətlərdən fərəh duyuram"
Sputnik

BAKI, 4 yanvar — Sputnik. Moskvanın və bütün Rusiyanın patriarxı Kirill Azərbaycan Respublikasının Prezidenti İlham Əliyevə təbrik məktubu göndərib. Sputnik Azərbaycan dövlət başçısının rəsmi saytına istinadən xəbər verir ki, məktubda deyilir:

“Zati-aliləri, möhtərəm İlham Heydər oğlu.

Rusiya Patriarxı Mehriban Əliyevaya orden təqdim edib

Doğum gününüz münasibətilə Sizi ürəkdən təbrik edirəm.

Siz Azərbaycan naminə xidmət etdiyiniz uzun illər ərzində böyük idarəçilik təcrübəsi və siyasi təcrübə qazanmısınız, öz həmvətənləriniz üçün doğma ölkənin firavanlığı naminə bütün gücünü sərf edən, Qafqaz regionunda millətlərarası və dinlərarası münasibətlərin inkişafına sanballı töhfə verən dövlət lideri nümunəsi olmusunuz.

Azərbaycan Respublikasının rəhbərliyi ilə Rus Pravoslav Kilsəsinin Bakı və Azərbaycan Yeparxiyası arasında yaranmış konstruktiv qarşılıqlı münasibətlərin şahidi olmaqdan fərəh duyuram. Ümidvaram ki, bu qarşılıqlı əlaqələr bundan sonra da möhkəmlənəcək, insanlar arasında sülhün və həmrəyliyin bərqərar olmasına kömək edəcək.

Sizə möhkəm cansağlığı, Tanrının Sizə yardımçı olmasını və Prezident kimi ali xidmətinizdə yeni-yeni uğurlar arzu edirəm”.