RUSİYA

Rusiyadan ABŞ-a xəbərdarlıq: İranın daxili işlərinə qarışmayın!

"Vaşinqton hadisələrin böyüməsi üçün təxribatçı açıqlamalar verir"
Sputnik

BAKI, 4 yanvar — Sputnik. Rusiya xarici işlər nazirinin müavini Sergey Ryabkov ABŞ-ı İranın daxili işlərinə müdaxilə etməməyə çağırıb. Sputnik Azərbaycan bu barədə "İzvestiya"-ya istinadən xəbər verir.

Rusiya mətbuatına danışan Ryabkov deyib: "Biz ABŞ-a İranın daxili işlərinə müdaxilə etməməsi barədə xəbərdarlıq edirik. Vaşinqton hadisələrin böyüməsi üçün təxribatçı açıqlamalar verir. Orada yaşananlar İranın daxili məsələsidir. Əminəm ki, İran mövcud çətinlikləri aradan qaldıracaq və bu prosesdən daha güclü çıxacaq".

Artıq bir həftədir ki, İranda minlərlə insan iqtisadi çətinlikləri səbəb gətirərək hökumət əleyhinə aksiyalar keçirir. İndiyədək 20-dən çox insan həlak olub. Paytaxt Tehranda polis 1 həftə ərzində yüzlərlə aksiya iştirakçısını həbs edib.