CƏMİYYƏT
Cəmiyyətin həyatında baş verən aktual hadisələr

Prosineçki Azərbaycandan qaçıb ora getdi

48 yaşlı mütəxəssislə 2020-ci il Avropa çempionatının seçmə mərhələsinin sonunadək müqavilə bağlanılıb
Sputnik

BAKI, 4 yanvar — Sputnik. Futbol üzrə Azərbaycan millisinin sabiq baş məşqçisi Robert Prosineçki Bosniya və Herseqovina yığmasına rəhbərlik edəcək.

Sputnik AzərbaycanReport”-a istinadən xəbər verir ki, bununla bağlı qərar Bosniya və Herseqovina Futbol İttifaqının İcraiyyə Komitəsinin bu gün keçirilən iclasında qəbul olunub. 48 yaşlı mütəxəssislə 2020-ci il Avropa çempionatının seçmə mərhələsinin sonunadək müqavilə bağlanılıb.

Prosineçki Azərbaycan yığmasındakı köməkçiləri Qordan Tsipriç və Draqan Spasiç, eləcə də qapıçılar üzrə məşqçi Kenan Hasagiç və seleksiyaçı-məşqçi Elvir Rahimiçlə birgə çalışacaq. Yeni baş məşqçinin qarşısına AVRO-2020-yə vəsiqə məqsədi qoyulub.

Qeyd edək ki, Bosniya və Herseqovina yığmasının sabiq baş məşqçisi Mehmed Bajdareviç komandaya DÇ-2018-ə vəsiqə qazandıra bilmədiyi üçün istefaya göndərilib. Robert Prosineçkinin isə ötən ay Azərbaycan millisi ilə başa çatan 3 illik müqaviləsinin müddəti uzadılmayıb.