HADİSƏ

Daxili İşlər Nazirliyi əhaliyə müraciət edir

Təxminən 35-40 yaşlarında olan naməlum kişi meyiti aşkar edilib
Sputnik

BAKI, 4 yanvar — Sputnik. Yanvarın 3-də Səbail rayonunun Ü.Hacıbəyli küçəsindəki yaşayış binalarının həyətində, təxminən 35-40 yaşlarında olan naməlum kişi meyiti aşkar edilib. Daxili İşlər Nazirliyinin (DİN) mətbuat xidmətindən Sputnik Azərbaycan-a verilən məlumata görə, onun xarakterik əlamətləri belədir:

Boyu 170 santimetr, arıq bədən quruluşlu, sarı saçlı, gözləri yaşıl, sinəsinin sol hissəsində alova bənzər döymə, sol biləyinin nəbz hissəsində isə "СЭР" yazıları olan döymələr, əynində qara cins şalvar, qara gödəkçə, sarı və qırmızı zolaqları olan jaket və qara idman ayaqqabısı var.

1 / 2
Aşkarlanan meyitin əlamətləri
2 / 2
Aşkarlanan meyitin əlamətləri

Şəxsiyyəti istintaqa məlum olmayan, şəkildə gördüyünüz kişini tanıyanlardan və barəsində məlumatı olanlardan DİN-in "102" Xidməti Zəng Mərkəzinə, həmçinin Səbail Rayon Polis İdarəsinə (012) 437-02-02, 39-cu Polis Bölməsinə (012) 498-02-02, həmçinin (050) 636-60-60, (055) 344-24-64, (055) 271-08-08 telefon nömrələrinə zəng vuraraq məlumat vermələri xahiş olunur.