BAKI, 4 yanvar — Sputnik. İranda 1 həftədir davam edən iğtişaşlarla bağlı yeni xəbər yayılıb. Sputnik Azərbaycan "Timeturk"-ə istinadən xəbər verir ki, ölkənin Burucerd vilayətindəki aksiya zamanı bir nəfər Avropa vətəndaşı həbs olunub. Tutulan şəxsin konkret hansı ölkə vətəndaşı olduğu haqda məlumat verilmir.
İran mediasının xəbərinə görə, sözügedən avropalı nümayişlərin təşkilində fəal iştirak edib.
Xatırladaq ki, artıq bir həftədir İranda minlərlə insan iqtisadi çətinlikləri səbəb gətirərək hökumət əleyhinə aksiyalar keçirir. İndiyədək 20-dən çox insan həlak olub. Paytaxt Tehranda polis yüzlərlə aksiya iştirakçısını həbs edib.