BAKI, 3 yanvar — Sputnik. Türkiyədə dəhşətli cinayət baş verib.
Sputnik AzərbaycanTürkiyə mətbuatına istinadla xəbər verir ki, 20 yaşlı Durmuş T. Keçmiş sevgilsii 18 yaşlı Ceyda Aycanı görüşmək üçün parka çağırıb. Sevgilisinə barışmaq istədiyini bildirən gənc “yox” cavabı aldığı üçün gənc qızı güllələyib. Yaralı qız xəstəxanaya çatdırılsa da, onun həyatını qurtarmaq mümkün olmayıb.
Durmuş T. hadisə yerindən qaçdığı üçün axtarışa verilib.