Məsciddə namaz vaxtı partlayış törədilib, 11 nəfər ölüb

Nigeriyada məsciddə namaz vaxtı partlayış törədilib, 11 nəfər ölüb
Sputnik

BAKI, 3 yanvar — Sputnik. Bu gün Nigeriyanın şimal-şərqində məscidə terror hücumu nəticəsində azı 11 nəfər həyatını itirib.

Sputnik Azərbaycan bu barədə Report-a istinadən xəbər verir.

"Terrorçu-kamikadze Borno ştatının Qamboru şəhərindəki məsciddə qılınan sübh namazı vaxtı içəri keçib. Mən namaza gedərkən məscidin içində güclü partlayş səsi eşitdim" — deyə zərərçəkənlərə yardım göstərən hadisə şahidlərindən biri  bildirib.

"Məscid dağıdılıb və yandırılıb. Biz bir neçə saat sonra insanları təxliyyə etmək üçün gələndə 11 nəfərin, terrorçu ilə birgə isə 12 nəfərin meyitini aşkar etdik" — deyə o əlavə edib.

Nigeriya ərazisində fəaliyyət göstərən heç bir terror qruplaşması hadisə ilə bağlı məsuliyyəti hələ ki, öz üzərinə götürməyib.