Güclü külək onlarla reysin təxirə salınmasına səbəb olub

Avropanın müxtəlif istiqamətlərinə, Londona, Praqaya və Sürixə gedəcək reyslər təxirə salınıb
Sputnik

BAKI, 3 yanvar — Sputnik. Güclü küləyə görə Amsterdamda 170-dən çox avireys təxirə salınıb.

Sputnik Azərbayan xəbər verir ki, güçlü külək səbəbindən Amsterdamın “Sxipxol” hava limanında 1200 reysdən 170-i təxirə salınıb.  Bu barədə dünən hava limanının twitter səhifəsində məlumat verlib.

Bildirilib ki, əsasən Avropanın müxtəlif istiqamətlərinə, Londona, Praqaya və Sürixə gedəcək reyslər təxirə salınıb. Bununla yanaşı onlarla reys gecikdirilir.