HADİSƏ

43 yaşlı həkim çox işləməkdən ölüb

Həkimi reanimasiyaya yerləşdiriblər, amma bir gün sonra o dünyasını dəyişib
Sputnik

BAKI, 3 yanvar — Sputnik. Çində 18 saat işləyən həkim yorğunluqdan ölüb. Sputnik Azərbaycan xarici mətbuata istinadla xəbər verir ki, 43 yaşlı Çjao Byancyan xəstəxanada yoxlama keçirən zaman yıxılıb.

Xəstələrin sözlərinə görə, hadisədən öncə həkim qadınlardan birindən xəstəxanada yatan anasının sağlamlığı haqqında soruşub.

Həkimi reanimasiyaya yerləşdiriblər, amma bir gün sonra o dünyasını dəyişib. Ölümə səbəb olaraq beyində qan dövranını pozulması göstərilib. Byancyan xəstəxanda respirator xəstəlikər şöbəsinin müdir müavini vəzifəsində çalışıb. Həmkarlarının sözlərinə görə, o zəhmətkeş insan olub.

Xatırladaq ki, keçən ilin iyulunda Çində polis işçisi çox işləməkdən dünyasını dəişmişdi. O fasiləsiz olaraq 36 saat işlədikdən sonra həmkarları meyidini iş stolunun üstündə aşkarlamışdılar.