BAKI, 3 yanvar — Sputnik. Parisin ən görməli yerlərindən olan Eyfel qülləsi müvəqqəti olaraq qapılarını ziyarətçilərinin üzünə bağlayıb. Sputnik Azərbaycanxarici mətbuata istinadla xəbər verir ki, çərəşənbə günündən etibarən “Eleanor” qasırğasının gətirdiyi güclü küləklər səbəbilə ilə qüllə müvəqqəti olaraq bağlanıb.
“Arzuolunmaz hava şəraiti ilə əlaqədar olaraq qülləsinin qapıları ziyarətçilər üçün bağlıdır” — qüllə rəhbərliyinin açıqlamasında bildirilib.
Məlumata görə, ölkədə 200 mindən çox evə elektrik enerjisinin verilməsi də dayandırılıb.