CƏMİYYƏT
Cəmiyyətin həyatında baş verən aktual hadisələr

"Yarımçıq alma"nın dünyanın fəthi yolunda ilk addımı

Hazırda şirkətin ümumi dəyəri 850 milyard dollar dəyərləndirilir
Sputnik

BAKI, 3 yanvar — Sputnik. 1977-ci il yanvarın 3-də "Apple" firmasının ilk kompüteri istehsal edilib. Sputnik Azərbaycan xəbər verir ki, şirkət 1970-ci illərin ortalarında "MOS Technology 6502"nin bazasında ilk fərdi kompüterlərini yığan Stiv Cobs və Stiv Voznyak tərəfindən Kaliforniyada (ABŞ) yaradılıb.

Stiv Cobs və onun Macintosh-u. 24 yanvar 1984-cü il

"Apple" adını S.Cobs təklif edib, çünki belə olan halda telefon-məlumat kitabçasında şirkətin adı kompüter oyunları istehsalında və nəşrində ixtisaslaşan "Atari" şirkətindən (ABŞ) qabaqda gəlirdi.

Hazırda bu şirkət bazar kapitallaşmasına görə dünyada birinci yeri tutur. Onun 2017-ci il sentyabrın 5-nə olan ümumi dəyəri 850 milyard dollar dəyərləndirilirdi.