TƏHLİL

Abbasov: “ABŞ özü tətbiq etdiyi sanksiyalardan əziyyət çəkir”

Politoloq Tofiq Abbasov deyir ki, ABŞ-ın sanksiyaları dünya nizamının tənzimlənməsinə mənfi təsir göstərir
Sputnik

Tofiq Abbasov: “ABŞ-ın sanksiyaları dünya iqtisadiyyatının problemlərini artırır”
ABŞ Maliyyə Nazirliyi sanksiyaların tətbiq ediləcəyi Rusiya rəsmilərinin və biznesmenlərinin siyahısını fevralın 2-dək müəyyən etməlidir. Bu tədbirlərə sözü gedən şəxslərin bank köçürmələrinin, daşınmaz mülkiyyət sövdələşmələrinin və başqa təsisatlarının məhdudlaşdırılması daxildir.

Politoloq Tofiq Abbasov Sputnik Azərbaycan-a deyir ki, ABŞ bu sanksiyalarla Rusiyanı bir çox məsələlərdən təcrid etmək istəyir: 

“Bu siyasət dünya nizamının tənzimlənməsinə mənfi təsir göstərir. Sanksiyalar dünya iqtisadiyyatının problemlərini artırmaqdan başqa bir iş görmür”.