HADİSƏ

Xəstəxanaya yerləşdirilməkdən imtina edən turist vəfat etdi

Yerli polis ölüm faktı üzrə cinayət işi açıb
Sputnik

BAKI, 3 yanvar – Sputnik. Buz üzərində sürüşüb yıxılan qadın ölüb.

Sputnik Azərbaycan xəbər verir ki, rusiyalı turist qadın Belçikada dünyasını dəyişib. 

Yeni il axşamında buz üzərində sürüşən zaman yıxılan 43 yaşlı qadın huşunu itirib. Həkimlərin yoxlamasından sonra o xəstəxanaya yerləşdirilməkdən imtina edib. Ertəsi gün səhər onu kritik vəziyyətdə xəstəxanaya çatdırsalar da, o burada bir neçə saat sonra dünyasını dəyişib. 

Yerli polis ölüm faktı üzrə cinayət işi açıb. Qadının dostları ilə Belçikaya istirahətə gəldiyi bildirlir.