Üç günə üç general öldürüldü

Hər üç general Haraşte şəhəri uğrunda gedən döyüşlərdə ölüb
Sputnik

BAKI, 2 yanvar — Sputnik. Suriyada 3 gün ərzində 3 briqada generalı öldürülüb. Sputnik Azərbaycan xəbər verir ki, bu barədə hərbi münaqişələrin analizi ilə məşğul olan "WarJournal" kanalı xəbər yayıb.

Bu gün Suriya quru qoşunlarının briqada generalı Həbib Mahrezanın ölüm xəbəri yayılıb. General, Haraste şəhəri uğrunda gedən döyüşlərdə öldürülüb.

Bundan bir gün əvvəl isə həmin şəhərdə gedən döyüşlərdə general Əli Diopanın öldürüldüyü bildirilmişdi. O, Suriya Respublika Qvardiyasının tank batalyonunun komandiri olub.

Dekabrın 31-də isə Harast şəhəri uğrunda döyüşlərdə quru qoşunlarının daha bir generalı Mohammed Cenad öldürülmüşdü.