İQTİSADİYYAT

Allahverənov: “Qiymət siyasətinə nəzarət edilməlidir”

Dövlət Miqrasiya Xidməti yanında İctimai Şuranın sədri Azər Allahverənov deyir ki, ölkə daxilində istirahət etmək vətəndaşlar üçün ən optimal variantdır
Sputnik

Azər Allahverənov: “Qış turizmi obyektlərində müəyyən narahat edən məqamlar var”
“Azərbaycanda qış turizmi üçün infrastruktur qurulduqdan sonra inkişaf etməyə başladı”. Bunu Azərbaycanda qış turizminin vəziyyətini Sputnik Azərbaycan-a şərh edərkən Dövlət Miqrasiya Xidməti yanında İctimai Şuranın sədri Azər Allahverənov deyib.

“Azərbaycanda qış turizmi dağlıq ərazilərdə get-gedə populyarlaşır. Ancaq qış turizmi obyektlərində müəyyən narahat edən məqamlar da qalmaqdadır. Müvafiq icra qurumları qiymət siyasətinə nəzarət edərsə daxili qış turizminin sürətlə inkişaf etməsinin şahidi ola bilərik” — deyə o bildirib.