CƏMİYYƏT
Cəmiyyətin həyatında baş verən aktual hadisələr

Sabah Azərbaycanda qar yağacaq, 15° şaxta olacaq, yollar buz bağlayacaq

© Photo : Ministry of Internal Affairs (Azerbaijan)Yol polisi
Yol polisi  - Sputnik Azərbaycan, 1920, 06.02.2025
Abunə olmaq
Gecə və səhər saatlarında bəzi dağlıq rayonlarda yolların buz bağlama ehtimalı artacaq.
BAKI, 6 fevral — Sputnik. Bakıda və Abşeron yarımadasında hava şəraiti gün ərzində fasilələrlə yağıntılı olacağı gözlənilir. Güclü şimal-qərb küləyi əsəcək. Bu barədə Milli Hidrometeorologiya Xidmətindən bildirilib.
Havanın temperaturu gecə 3-5° isti, gündüz 5-7° isti olacaq. Atmosfer təzyiqi 765 mm civə sütunundan 771 mm civə sütununa yüksələcək. Nisbi rütubət 70-80 % olacaq.
Azərbaycanın rayonlarında havanın bəzi yerlərdə arabir yağıntılı olacağı, dağlıq və dağətəyi rayonlarda qar yağacağı gözlənilir. Ayrı-ayrı yerlərdə intensivləşəcəyi ehtimalı var. Bəzi yerlərdə arabir duman olacaq. Qərb küləyi ayrı-ayrı yerlərdə arabir güclənəcək.
Havanın temperaturu gecə 0-4° isti, gündüz 6-10° isti, dağlarda gecə 5-10° şaxta, yüksək dağlıq ərazilərdə 10-15° şaxta, gündüz 0-5° şaxta olacaq. Gecə və səhər bəzi dağlıq rayonlarda yolların buz bağlama ehtimalı var.
04.02.25, 16:21
Yol polisi hava şəraiti ilə bağlı müraciət edib
DİN-in Baş Dövlət Yol Polisi İdarəsi hava şəraiti ilə bağlı müraciət edib. İdarədən Sputnik Azərbaycan-a verilən məlumata görə, müraciətdə deyilir:

"Milli Hidrometeorologiya Xidmətindən verilən məlumata əsasən fevralın 5-dən 8-dək havanın dəyişəcəyi, fasilələrlə yağıntılı olacağı, dağlıq və dağətəyi rayonlarda qar yağacağı gözlənilir. Gecə və səhər saatlarında bəzi dağlıq rayonlarda yolların buz bağlama ehtimalının artacağını nəzərə alaraq, sürücülərdən zəruri ehtiyat tədbirləri görməyi, mövsümə uyğun təchiz edilməmiş, texniki-təhlükəsizlik baxımından yararsız nəqliyyat vasitələri ilə yola çıxmamağı, səfərləri mümkün qədər günün işıqlı vaxtına planlaşdırmağı, təcrübəsiz sürücülərdən sükan arxasına əyləşməməyi xahiş edirik".

Müraciətdə vurğulanır ki, qarlı, buzlu yollarda sürüşmə ehtimalını nəzərə alaraq, piyadalara da ehtiyatlı olmaq, yolun hərəkət hissəsinə çıxmamaq, təhlükəsizlik qaydalarına ciddi əməl etmək tövsiyə olunur.
Digər maraqlı xəbərləri həmçinin Sputnik Azərbaycan-ın Teleqram kanalından izləyin.
Xəbər lenti
0