https://sputnik.az/20250206/usaid-tarixe-qovusur---lovhelerini-sokmeye-basladilar-470362244.html
USAID-in Azərbaycanda fəaliyyətinin dayandırılması ilə bağlı ABŞ-a bildiriş göndərilib
USAID-in Azərbaycanda fəaliyyətinin dayandırılması ilə bağlı ABŞ-a bildiriş göndərilib
Sputnik Azərbaycan
Azərbaycan XİN-in mətbuat katibi Ayxan Hacızadə deyib ki, USAID-in ölkədə fəaliyyət göstərməsi üçün hüquqi əsas yoxdur. 06.02.2025, Sputnik Azərbaycan
2025-02-06T11:10+0400
2025-02-06T11:10+0400
2025-02-06T11:20+0400
usaid
dünya xəbərləri
ilon mask
donald tramp
abş prezidenti donald tramp
ronald reyqan
https://cdnn1.img.sputnik.az/img/07e8/0a/06/467905660_0:182:3000:1870_1920x0_80_0_0_6bea1eff09c64fcf37f3947b74d3a10f.jpg
BAKI, 6 fevral — Sputnik. USAID-in ölkədə fəaliyyət göstərməsi üçün hüquqi əsas olmadığı və fəaliyyətini dayandırması barədə bildiriş ABŞ tərəfinə rəsmən göndərilib.Bu barədə Azərbaycan Xarici İşlər Nazirliyinin mətbuat katibi Ayxan Hacızadə bildirib.Qeyd edək ki, Azərbaycanın xarici işlər naziri Ceyhun Bayramov Gürcüstanın xarici işlər naziri Maka Boçorişvili ilə birgə mətbuat konfransında demişdi ki, de-yure olaraq 1 iyun 2024-cü il tarixdən etibarən ABŞ-nin Beynəlxalq İnkişaf Agentliyinin (USAİD) Azərbaycanda fəaliyyət göstərməsinin hüquqi əsası yoxdur: “USAİD-in Azərbaycanda təmsilçiliyinin də heç bir əsası yoxdur. Onların (USAİD) fəaliyyətinin tam olaraq dayandırılmasının vaxtı yetişib".Xatırladaq ki, Donald Trampın ABŞ Prezidenti seçilməsindən sonra ABŞ Beynəlxalq İnkişaf Agentliyi (USAID) adlı iri donor təşkilatının fəaliyyətini məhdudlaşdırmasına yönəlmiş qərarlar qəbul edilib. Agentliyin veb-saytının artıq fəaliyyətini dayandırdığı, onun adının yazıldığı lövhələrin isə Vaşinqtonun mərkəzindəki baş qərargahın binasından yığışdırıldığı bildirilir. Agentliyin “X”-dəki hesabı da ləğv olunub. Bundan başqa, USAID-in fəaliyyətini tənqid edən prezident Donald Tramp onu Dövlət Departamenti ilə birləşdirməyi və işçilərini ixtisar etməyi planlaşdırdığını, bunu yaxın günlərdə elan edəcəyini deyib (APA). "ABŞ-ın Beynəlxalq İnkişaf Üzrə Agentliyi (USAID) bir dəstə axmaq radikallar tərəfindən idarə olunurdu. Biz isə onları qovuruq. USAID anormal radikalların rəhbərliyi altındadır. Biz onları uzaqlaşdırmışıq, sonra qərar verəcəyik" - Tramp deyib.03.02.25, 20:12USAID tarixə qovuşur - lövhələrini sökməyə başladılarABŞ Beynəlxalq İnkişaf Agentliyinin (USAID) Vaşinqtondakı mənzil-qərargahının binasından lövhələr sökülüb. Bu barədə "Fox News" məlumat yayıb. Bildirilir ki, bu amerikalı sahibkar İlon Maskın agentliyi bağlayacağına dair vədi fonunda baş verib. "Vaşinqtondakı Ronald Reyqan binasındakı USAİD-in qərargahından nişanlar yığışdırılıb", - məlumatda deyilir. Maskın rəhbərlik etdiyi ABŞ Dövlət İdarəetməsinin Səmərəliliyi Departamentinin (DOGE) əməkdaşları artıq agentliyin kompüter sistemlərinə giriş əldə ediblər. Mask fevralın 2-də USAID-i "cinayətkar təşkilat" adlandırıb. Sosial media X-də ayrıca bir paylaşımda o, agentliyin "Amerikaya nifrət edən radikal solçu marksistlər üçün gürzə yuvası" olduğunu söyləyib. Qərb mediası yanvarın 28-də ABŞ-ın digər ölkələrə yardımını dayandırmasından sonra Tramp administrasiyasının USAİD-in 60-a yaxın yüksək rütbəli məmurunu məzuniyyətə göndərdiyini yazıb. Qeyd edək ki, ABŞ Prezidenti Donald Tramp USAID rəhbərliyində ifrat radikalların olduğunu bildirib. Bundan əvvəl Tramp agentliyin təşəbbüslərini 90 gün müddətinə dondurub - bu müddət ərzində onların proqramları yoxlanılmalıdır.
Sputnik Azərbaycan
media@sputniknews.com
+74956456601
MIA „Rossiya Segodnya“
2025
Elvin Səlimov
https://cdnn1.img.sputnik.az/img/07e5/09/1d/433650743_330:68:1200:938_100x100_80_0_0_5e9cf150965a5ac0ee77f0e9ba7cb59f.jpg
Elvin Səlimov
https://cdnn1.img.sputnik.az/img/07e5/09/1d/433650743_330:68:1200:938_100x100_80_0_0_5e9cf150965a5ac0ee77f0e9ba7cb59f.jpg
xəbərlər
ru_AZ
Sputnik Azərbaycan
media@sputniknews.com
+74956456601
MIA „Rossiya Segodnya“
https://cdnn1.img.sputnik.az/img/07e8/0a/06/467905660_291:0:2784:1870_1920x0_80_0_0_7a7e6085ab85173247653e51cc3918e6.jpgSputnik Azərbaycan
media@sputniknews.com
+74956456601
MIA „Rossiya Segodnya“
Elvin Səlimov
https://cdnn1.img.sputnik.az/img/07e5/09/1d/433650743_330:68:1200:938_100x100_80_0_0_5e9cf150965a5ac0ee77f0e9ba7cb59f.jpg
usaid, ilon mask, donald tramp, abş prezidenti donald tramp, ronald reyqan
usaid, ilon mask, donald tramp, abş prezidenti donald tramp, ronald reyqan
USAID-in Azərbaycanda fəaliyyətinin dayandırılması ilə bağlı ABŞ-a bildiriş göndərilib
11:10 06.02.2025 (Yenilənib: 11:20 06.02.2025) Azərbaycan XİN-in mətbuat katibi Ayxan Hacızadə deyib ki, USAID-in ölkədə fəaliyyət göstərməsi üçün hüquqi əsas yoxdur.
BAKI, 6 fevral — Sputnik. USAID-in ölkədə fəaliyyət göstərməsi üçün hüquqi əsas olmadığı və fəaliyyətini dayandırması barədə bildiriş ABŞ tərəfinə rəsmən göndərilib.
Bu barədə Azərbaycan Xarici İşlər Nazirliyinin mətbuat katibi Ayxan Hacızadə bildirib.
Qeyd edək ki, Azərbaycanın xarici işlər naziri Ceyhun Bayramov Gürcüstanın xarici işlər naziri Maka Boçorişvili ilə birgə mətbuat konfransında demişdi ki, de-yure olaraq 1 iyun 2024-cü il tarixdən etibarən ABŞ-nin Beynəlxalq İnkişaf Agentliyinin (USAİD) Azərbaycanda fəaliyyət göstərməsinin hüquqi əsası yoxdur: “USAİD-in Azərbaycanda təmsilçiliyinin də heç bir əsası yoxdur. Onların (USAİD) fəaliyyətinin tam olaraq dayandırılmasının vaxtı yetişib".
Xatırladaq ki, Donald Trampın ABŞ Prezidenti seçilməsindən sonra ABŞ Beynəlxalq İnkişaf Agentliyi (USAID) adlı iri donor təşkilatının fəaliyyətini məhdudlaşdırmasına yönəlmiş qərarlar qəbul edilib. Agentliyin veb-saytının artıq fəaliyyətini dayandırdığı, onun adının yazıldığı lövhələrin isə Vaşinqtonun mərkəzindəki baş qərargahın binasından yığışdırıldığı bildirilir. Agentliyin “X”-dəki hesabı da ləğv olunub. Bundan başqa, USAID-in fəaliyyətini tənqid edən prezident Donald Tramp onu Dövlət Departamenti ilə birləşdirməyi və işçilərini ixtisar etməyi planlaşdırdığını, bunu yaxın günlərdə elan edəcəyini deyib (APA).
"ABŞ-ın Beynəlxalq İnkişaf Üzrə Agentliyi (USAID) bir dəstə axmaq radikallar tərəfindən idarə olunurdu. Biz isə onları qovuruq. USAID anormal radikalların rəhbərliyi altındadır. Biz onları uzaqlaşdırmışıq, sonra qərar verəcəyik" - Tramp deyib.
USAID tarixə qovuşur - lövhələrini sökməyə başladılar
ABŞ Beynəlxalq İnkişaf Agentliyinin (USAID) Vaşinqtondakı mənzil-qərargahının binasından lövhələr sökülüb. Bu barədə "Fox News" məlumat yayıb.
Bildirilir ki, bu amerikalı sahibkar İlon Maskın agentliyi bağlayacağına dair vədi fonunda baş verib.
"Vaşinqtondakı Ronald Reyqan binasındakı USAİD-in qərargahından nişanlar yığışdırılıb", - məlumatda deyilir.
Maskın rəhbərlik etdiyi ABŞ Dövlət İdarəetməsinin Səmərəliliyi Departamentinin (DOGE) əməkdaşları artıq agentliyin kompüter sistemlərinə giriş əldə ediblər.
Mask fevralın 2-də USAID-i "cinayətkar təşkilat" adlandırıb. Sosial media X-də ayrıca bir paylaşımda o, agentliyin "Amerikaya nifrət edən radikal solçu marksistlər üçün gürzə yuvası" olduğunu söyləyib.
Qərb mediası yanvarın 28-də ABŞ-ın digər ölkələrə yardımını dayandırmasından sonra Tramp administrasiyasının USAİD-in 60-a yaxın yüksək rütbəli məmurunu məzuniyyətə göndərdiyini yazıb.
Qeyd edək ki, ABŞ Prezidenti Donald Tramp USAID rəhbərliyində ifrat radikalların olduğunu bildirib. Bundan əvvəl Tramp agentliyin təşəbbüslərini 90 gün müddətinə dondurub - bu müddət ərzində onların proqramları yoxlanılmalıdır.