Вид на Москву-реку, фото из архива - Sputnik Azərbaycan, 1920
RUSİYA
Rusiya Federasiyasına dair aktual məqalələr

Rusiyada telefon fırıldaqçılarının hücumlarına qarşı biometriyadan istifadə olunacaq

© Depositphotos.com / Gorodenkoff Haker, arxiv
Haker, arxiv  - Sputnik Azərbaycan, 1920, 05.02.2025
Abunə olmaq
İnternet üzrə analitik qeyd edib ki, fırıldaqçıların biometriya məlumat bazasının yaradılması əməliyyat identifikasiyası sayəsində internet-cinayətlərinin müəyyənləşdirilməsinin effektivliyini artıracaq.
BAKI, 5 fevral — Sputnik. Rusiya hökuməti telefon fırıldaqçılarına qarşı mübarizə aparmaq məqsədilə biometriyadan istifadə etməklə həll yolu hazırlayır. Bu məsələ həmçinin rabitə operatorları ilə fəal şəkildə müzakirə olunur.
Bu barədə vitse-premyer Dmitri Qriqorenkonun aparatından "RİA Novosti"yə bildirilib.
Bu yaxınlarda "Kommersant" qəzeti fırıldaqçılıqla bağlı qanunlara edilən dəyişikliklərə istinadən məlumat verib ki, Rusiya Rəqəmsal İnkişaf, Rabitə və Kütləvi İnformasiya Vasitələri Nazirliyi kiber fırıldaqçılarla mübarizə aparmaq üçün əlavə tədbirlər hazırlayır. Məsələn, təkliflərdən biri fırıldaqçıların səs vektorlarının vahid antifrod (fırıldaqçılıqla mübarizə) platformasında toplanması və saxlanılmasıdır. Nəşrin mənbəyi qeyd edib ki, abunəçilər əlavə xidmətlərə qoşulduqda operatorların süni intellekt sistemləri fırıldaqçıların istifadə etdiyi əsas sözlər üzrə zəngləri təhlil edəcək, həmçinin zəng edən şəxsin səsini bazadakı səs nümunələri ilə müqayisə edəcəklər.

"Biz fırıldaqçılığın bir çox aspektlərinin olduğunu görürük və buna görə də biz biometriya texnologiyalarının tətbiqi məsələsini də daxil etməklə onu hərtərəfli şəkildə həll etməyə çalışırıq. Bizim əsas məqsədimiz vətəndaşları kibercinayətkarlardan qorunmaq üçün mümkün olan ən geniş çeşidli etibarlı vasitələrlə təmin etməkdir. Hazırda biz biometriya texnologiyalardan istifadə edərək telefon fırıldaqçılarının hücumlarını dəf etməyə yönəlmiş ayrıca həll variantı hazırlayırıq. Bu məsələ həmçinin rabitə operatorları ilə fəal şəkildə müzakirə olunur", - ofisdən bildirilib.

"Solar" şirkətlər qrupunun Kibertəhlükəsizlik Texnologiyaları Mərkəzinin "R&D" laboratoriyasının rəhbəri Maksim Buzinov "RİA Novosti"yə bildirib ki, rəqəmsal məkanda fırıldaqçılığı müəyyən etmək üçün üz fotoşəkillərindən, qeydə alınmış danışıq nümunələrindən, göz qişasının izlərindən, hərəkətlərin video görüntülərindən (yeriş, üz mimikası), hətta siçan və klaviaturadan istifadənin rəqəmsal izlərindən istifadə etmək mümkün olacaq – bu, rəqəmsal əl yazısını müəyyən etməyə imkan verəcək.
"Məsələn, fırıldaqçı bankomatdakı video kamera görüntüsündən yerişinə görə aşkar edilə bilər", - Buzinov qeyd edib.
Ekspertin sözlərinə görə, messencerlər fırıldaqçının səsini və ya xarici görünüşünü onun rəqəmsal surətinə və ya danışıq tərzinə görə müəyyən edə və dərhal kiminlə danışdığını xəbərdar edə bilər. Banklar sorğu əməliyyatlarını, kredit müraciətlərini və ya böyük köçürmələri bloklayaraq belə bir şəxslə ünsiyyətə avtomatik cavab verə bilər.

"Aydındır ki, səs və üzün tanınması üçün maşın öyrənmə mexanizmlərindən istifadə olunacaq. Buna görə də həm ML-modellərinin məlumat dəsti bazasının özü üçün, həm də alqoritmlər tərəfindən tanınma dəqiqliyi üçün təhlükəsizlik tədbirlərinin təmin edilməsi vacibdir. Belə məlumat bazasının mütəmadi olaraq yenilənməsini və yanlış işlərin düzəldilməsi işini təmin etmək lazımdır. Əlbəttə ki, tamamilə süni intellekt tərəfindən yaradılan rəqəmsal əkizlərdən istifadə edilən hücumların risklərini nəzərə almağa dəyər", - ekspert əlavə edib.

İnternet üzrə analitik, "Qazinformservis" şirkətinin eksperti Marina Probets müsahibəsində qeyd edib ki, fırıldaqçıların biometriya məlumat bazasının yaradılması əməliyyat identifikasiyası sayəsində internet-cinayətlərinin müəyyənləşdirilməsinin effektivliyini artıracaq və cinayətlərin törədilməsinin qarşısını almağa kömək edəcək.
"Digər tərəfdən, yalnış ittihamlar və səhv identifikasiya riski də var. Səs dəyişdirmə üsullarından (məsələn, danışıq proqramlarından istifadə etməklə) istifadə etdiyi hallarda məlumat bazasının effektivliyi əhəmiyyətli dərəcədə azalacaq", - Probets əlavə edib.
Digər maraqlı xəbərləri həmçinin Sputnik Azərbaycan-ın Teleqram kanalından izləyin.
Xəbər lenti
0