https://sputnik.az/20250205/ki-milyardliq-investisiya-pakistan-iqtisadiyyatinin-hansi-sektoru-azerbaycana-maraqlidir-470370211.html
İki milyardlıq investisiya: Pakistan iqtisadiyyatının hansı sektoru Azərbaycana maraqlıdır
İki milyardlıq investisiya: Pakistan iqtisadiyyatının hansı sektoru Azərbaycana maraqlıdır
Sputnik Azərbaycan
Azərbaycanlı investorlar üçün ən perspektivli layihələr arasında Pakistanın infrastruktur təşəbbüslərini qeyd etmək olar. 05.02.2025, Sputnik Azərbaycan
2025-02-05T10:01+0400
2025-02-05T10:01+0400
2025-02-05T10:01+0400
pakistan
iqtisadiyyat
azərbaycan
investisiya
milyard
dollar
https://cdnn1.img.sputnik.az/img/07e8/07/0b/465959280_0:97:1772:1094_1920x0_80_0_0_1989d34d0a29028c7e8338973bc0abd2.jpg
BAKI, 5 fevral — Sputnik. Azərbaycan tərəfdaş ölkələrlə ticarət əlaqələrinin inkişafı ilə yanaşı, xaricdə də investisiya fəaliyyətini genişləndirir və bu baxımdan investisiya istiqamətlərinin şaxələndirilməsi ölkə üçün mühüm əhəmiyyət kəsb edir. Belə ki, Pakistan mediasına görə, Azərbaycan ölkə iqtisadiyyatına 2 milyard dollar sərmayə qoymağı planlaşdırır. Müvafiq investisiya sazişlərinin fevralın sonunda Pakistanın baş naziri Şahbaz Şərifin Bakıya səfəri zamanı imzalanacağı gözlənilir. İslamabad Bakının əsas deyil, mühüm ticarət tərəfdaşıdır İki ölkə rəhbərliyinin qarşılıqlı ticarəti intensivləşdirmək cəhdlərinə baxmayaraq, Pakistan və Azərbaycan arasında ticarət dövriyyəsi hələ də kifayət qədər aşağı səviyyədə qalır: 2024-cü ilin 11 ayının nəticələrinə görə bu rəqəm, 2023-cü ilin eyni dövrü üçün 19,8 milyon dollara qarşı 20 milyon dollardan bir qədər çox olub. Qeyd edək ki, 20 milyon dollarlıq ticarət dövriyyəsinin, təxminən 19 milyon dolları Azərbaycan tərəfindən Pakistan mallarının idxalından əldə olunub. Pakistan bir sıra kənd təsərrüfatı məhsulları, xüsusən də ölkənin ərzaq təhlükəsizliyi üçün xüsusi əhəmiyyət kəsb edən düyü tədarük edir. Bundan əlavə, Pakistan mənşəli əczaçılıq və tekstil məhsulları AR-nin mühüm tədarük bəndidir. Eyni zamanda, iki ölkə arasında ticarət dövriyyəsinin cəmi 11,7 milyon dollar olduğu 2021-ci illə müqayisə etsək, son bir neçə ildə Azərbaycanla Pakistan arasında ticarət dövriyyəsinin əhəmiyyətli dərəcədə artdığını deyə bilərik. Keçən il güzəştli ticarət sazişinin imzalanmasından sonra iki ölkə arasında ticarətin daha sürətlə artacağı gözlənilir. Xatırladaq ki, bu saziş 2024-cü ilin oktyabrında Prezident İlham Əliyev tərəfindən təsdiqlənib. Pakistanın infrastrukturu Azərbaycan investisiyaları ilə canlandırılacaq Azərbaycanlı investorlar üçün ən perspektivli layihələr arasında Pakistanın infrastruktur təşəbbüslərini qeyd etmək olar. Belə ki, Bakı ilə İslamabad arasında əvvəlki danışıqlar zamanı Kəraçini Sukkur və Sukkuru Heydərabadla birləşdirən avtomobil yollarının tikintisi kimi layihələrə Azərbaycan investisiyalarının və şirkətlərinin cəlb edilməsi mövzusu dəfələrlə qaldırılıb. Azərbaycan Pakistanın enerji infrastrukturuna da sərmayə qoya bilər - 2023-cü ildə Pakistanın neft naziri Musaddiq Malik bildirib ki, Azərbaycan strateji əhəmiyyətli Qvadar limanında neft emalı zavodunun tikintisinin iştirakçıları və investorlarından birinə çevrilə bilər. Layihənin əsas investorları Səudiyyə Ərəbistanı və Çindir. Bakının da, həmçinin 10 milyard dollar dəyərində olan Qvadar neft emalı zavodu layihəsinə sərmayə yatıra biləcəyi gözlənilir. Bundan başqa, Azərbaycan Dövlət Neft Şirkətinin (SOCAR) artıq Türkiyədəki neft emalı zavodlarına investisiya yatırmaq təcrübəsi var. Belə ki, İzmirdəki "Star" zavoduna milyardlarla dollar sərmayə qoyulub. Pakistanda yeni neft emalı zavodunun tikintisi üçün Çin tərəfindən tikilən və 2007-ci ildə istifadəyə verilən ölkənin ən mühüm limanı olan Qvadar seçilib. Limanın dünya neft ticarətinin üçdə birinin keçdiyi Hörmüz boğazına, eləcə də Ərəb dənizinə, Hindistan, Fars körfəzi və Afrika bazarlarına çıxışı var. Qvadar limanı Pakistan üçün mühüm ticarət və logistika mərkəzi hesab olunur. Bütün infrastruktur layihələri tamamlandıqdan sonra o, Çinin Yaxın Şərq və Afrikaya pəncərəsinə çevriləcək. Odur ki, Azərbaycanın Pakistanın ölkənin mühüm ticarət limanında neft-kimya kompleksinə yatıracağı mümkün investisiyalar Bakı üçün neft və neft məhsulları ticarətindən ötrü dünyanın əsas arteriyasına çıxış aça bilər. Faydalı qazıntıların kəşfiyyatı – Bakının təcrübəsi faydalı ola bilər Pakistanda Azərbaycan şirkətləri üçün perspektivli sahələrdən biri kəşfiyyat və mədən işləridir. Xatırladaq ki, 2024-cü ildə İslamabad və Bakı arasında geologiya və mineral ehtiyatlar sahəsində əməkdaşlıq haqqında saziş imzalanıb. İki ölkə arasında bu sahədə əməkdaşlıq Azərbaycanın təcrübəsindən və Pakistanın mədənçıxarma sənayesində investisiyalarından istifadəyə imkan yaradacaq, ölkə iqtisadiyyatının bu sektorunun davamlı inkişafına töhfə verəcək. Qeyd etmək lazımdır ki, Pakistan qiymətli metallar və mineral ehtiyatlarla zəngindir: ölkə qızıl və mis ehtiyatlarına görə dünyada üçüncü, kömürə görə yeddinci, neft və qaz ehtiyatlarına görə isə 10-cu yerdədir. Lakin ölkənin təbii sərvətlərinin böyük hissəsi, o cümlədən investisiya çatışmazlığı səbəbindən işlənməyib. Azərbaycan Pakistanın təbii sərvətlərinin işlənməsinə sərmayə qoya, metalların və mineral ehtiyatların kəşfiyyatı və hasilatında iştirak edə bilərdi. Xüsusilə, Azərbaycan Respublikası Dövlət Neft Şirkəti son illər yataqlara investisiya qoymaqla tərəfdaş ölkələrdə neft və qaz hasilatı prosesində fəal iştirak edib. SOCAR Pakistanın neft və qaz layihələrinə də investisiya yatıra bilərdi ki, bu da onun beynəlxalq enerji şirkəti kimi statusunu gücləndirərdi.Digər maraqlı xəbərləri həmçinin Sputnik Azərbaycan-ın Teleqram kanalından izləyin.
azərbaycan
Sputnik Azərbaycan
media@sputniknews.com
+74956456601
MIA „Rossiya Segodnya“
2025
Aygül Tağıyeva
https://cdnn1.img.sputnik.az/img/07e5/02/0f/426229726_632:-1:2679:2047_100x100_80_0_0_bf9f4a66d2062eb596bb6df525ab6306.jpg
Aygül Tağıyeva
https://cdnn1.img.sputnik.az/img/07e5/02/0f/426229726_632:-1:2679:2047_100x100_80_0_0_bf9f4a66d2062eb596bb6df525ab6306.jpg
xəbərlər
ru_AZ
Sputnik Azərbaycan
media@sputniknews.com
+74956456601
MIA „Rossiya Segodnya“
https://cdnn1.img.sputnik.az/img/07e8/07/0b/465959280_92:0:1680:1191_1920x0_80_0_0_8242d33b5f0d46cab116524a99a37b6d.jpgSputnik Azərbaycan
media@sputniknews.com
+74956456601
MIA „Rossiya Segodnya“
Aygül Tağıyeva
https://cdnn1.img.sputnik.az/img/07e5/02/0f/426229726_632:-1:2679:2047_100x100_80_0_0_bf9f4a66d2062eb596bb6df525ab6306.jpg
pakistan, azərbaycan, investisiya, milyard, dollar
pakistan, azərbaycan, investisiya, milyard, dollar
İki milyardlıq investisiya: Pakistan iqtisadiyyatının hansı sektoru Azərbaycana maraqlıdır
Azərbaycanlı investorlar üçün ən perspektivli layihələr arasında Pakistanın infrastruktur təşəbbüslərini qeyd etmək olar.
BAKI, 5 fevral — Sputnik. Azərbaycan tərəfdaş ölkələrlə ticarət əlaqələrinin inkişafı ilə yanaşı, xaricdə də investisiya fəaliyyətini genişləndirir və bu baxımdan investisiya istiqamətlərinin şaxələndirilməsi ölkə üçün mühüm əhəmiyyət kəsb edir.
Belə ki, Pakistan mediasına görə, Azərbaycan ölkə iqtisadiyyatına 2 milyard dollar sərmayə qoymağı planlaşdırır. Müvafiq investisiya sazişlərinin fevralın sonunda Pakistanın baş naziri Şahbaz Şərifin Bakıya səfəri zamanı imzalanacağı gözlənilir.
İslamabad Bakının əsas deyil, mühüm ticarət tərəfdaşıdır
İki ölkə rəhbərliyinin qarşılıqlı ticarəti intensivləşdirmək cəhdlərinə baxmayaraq, Pakistan və Azərbaycan arasında ticarət dövriyyəsi hələ də kifayət qədər aşağı səviyyədə qalır: 2024-cü ilin 11 ayının nəticələrinə görə bu rəqəm, 2023-cü ilin eyni dövrü üçün 19,8 milyon dollara qarşı 20 milyon dollardan bir qədər çox olub.
Qeyd edək ki, 20 milyon dollarlıq ticarət dövriyyəsinin, təxminən 19 milyon dolları Azərbaycan tərəfindən Pakistan mallarının idxalından əldə olunub. Pakistan bir sıra kənd təsərrüfatı məhsulları, xüsusən də ölkənin ərzaq təhlükəsizliyi üçün xüsusi əhəmiyyət kəsb edən düyü tədarük edir. Bundan əlavə, Pakistan mənşəli əczaçılıq və tekstil məhsulları AR-nin mühüm tədarük bəndidir.
Eyni zamanda, iki ölkə arasında ticarət dövriyyəsinin cəmi 11,7 milyon dollar olduğu 2021-ci illə müqayisə etsək, son bir neçə ildə Azərbaycanla Pakistan arasında ticarət dövriyyəsinin əhəmiyyətli dərəcədə artdığını deyə bilərik.
Keçən il güzəştli ticarət sazişinin imzalanmasından sonra iki ölkə arasında ticarətin daha sürətlə artacağı gözlənilir. Xatırladaq ki, bu saziş 2024-cü ilin oktyabrında Prezident İlham Əliyev tərəfindən təsdiqlənib.
Pakistanın infrastrukturu Azərbaycan investisiyaları ilə canlandırılacaq
Azərbaycanlı investorlar üçün ən perspektivli layihələr arasında Pakistanın infrastruktur təşəbbüslərini qeyd etmək olar. Belə ki, Bakı ilə İslamabad arasında əvvəlki danışıqlar zamanı Kəraçini Sukkur və Sukkuru Heydərabadla birləşdirən avtomobil yollarının tikintisi kimi layihələrə Azərbaycan investisiyalarının və şirkətlərinin cəlb edilməsi mövzusu dəfələrlə qaldırılıb.
Azərbaycan Pakistanın enerji infrastrukturuna da sərmayə qoya bilər - 2023-cü ildə Pakistanın neft naziri Musaddiq Malik bildirib ki, Azərbaycan strateji əhəmiyyətli Qvadar limanında neft emalı zavodunun tikintisinin iştirakçıları və investorlarından birinə çevrilə bilər.
Layihənin əsas investorları Səudiyyə Ərəbistanı və Çindir. Bakının da, həmçinin 10 milyard dollar dəyərində olan Qvadar neft emalı zavodu layihəsinə sərmayə yatıra biləcəyi gözlənilir. Bundan başqa, Azərbaycan Dövlət Neft Şirkətinin (SOCAR) artıq Türkiyədəki neft emalı zavodlarına investisiya yatırmaq təcrübəsi var. Belə ki, İzmirdəki "Star" zavoduna milyardlarla dollar sərmayə qoyulub.
Pakistanda yeni neft emalı zavodunun tikintisi üçün Çin tərəfindən tikilən və 2007-ci ildə istifadəyə verilən ölkənin ən mühüm limanı olan Qvadar seçilib.
Limanın dünya neft ticarətinin üçdə birinin keçdiyi Hörmüz boğazına, eləcə də Ərəb dənizinə, Hindistan, Fars körfəzi və Afrika bazarlarına çıxışı var. Qvadar limanı Pakistan üçün mühüm ticarət və logistika mərkəzi hesab olunur. Bütün infrastruktur layihələri tamamlandıqdan sonra o, Çinin Yaxın Şərq və Afrikaya pəncərəsinə çevriləcək.
Odur ki, Azərbaycanın Pakistanın ölkənin mühüm ticarət limanında neft-kimya kompleksinə yatıracağı mümkün investisiyalar Bakı üçün neft və neft məhsulları ticarətindən ötrü dünyanın əsas arteriyasına çıxış aça bilər.
Faydalı qazıntıların kəşfiyyatı – Bakının təcrübəsi faydalı ola bilər
Pakistanda Azərbaycan şirkətləri üçün perspektivli sahələrdən biri kəşfiyyat və mədən işləridir. Xatırladaq ki, 2024-cü ildə İslamabad və Bakı arasında geologiya və mineral ehtiyatlar sahəsində əməkdaşlıq haqqında saziş imzalanıb.
İki ölkə arasında bu sahədə əməkdaşlıq Azərbaycanın təcrübəsindən və Pakistanın mədənçıxarma sənayesində investisiyalarından istifadəyə imkan yaradacaq, ölkə iqtisadiyyatının bu sektorunun davamlı inkişafına töhfə verəcək.
Qeyd etmək lazımdır ki, Pakistan qiymətli metallar və mineral ehtiyatlarla zəngindir: ölkə qızıl və mis ehtiyatlarına görə dünyada üçüncü, kömürə görə yeddinci, neft və qaz ehtiyatlarına görə isə 10-cu yerdədir. Lakin ölkənin təbii sərvətlərinin böyük hissəsi, o cümlədən investisiya çatışmazlığı səbəbindən işlənməyib.
Azərbaycan Pakistanın təbii sərvətlərinin işlənməsinə sərmayə qoya, metalların və mineral ehtiyatların kəşfiyyatı və hasilatında iştirak edə bilərdi. Xüsusilə, Azərbaycan Respublikası Dövlət Neft Şirkəti son illər yataqlara investisiya qoymaqla tərəfdaş ölkələrdə neft və qaz hasilatı prosesində fəal iştirak edib. SOCAR Pakistanın neft və qaz layihələrinə də investisiya yatıra bilərdi ki, bu da onun beynəlxalq enerji şirkəti kimi statusunu gücləndirərdi.
Digər maraqlı xəbərləri həmçinin Sputnik Azərbaycan-ın Teleqram kanalından izləyin.