https://sputnik.az/20250204/yalniz-sabit-sulh-demokratiyanin-inkisafini-temin-ede-biler---pasinyan-470371149.html
Yalnız sabit sülh demokratiyanın inkişafını təmin edə bilər - Paşinyan
Yalnız sabit sülh demokratiyanın inkişafını təmin edə bilər - Paşinyan
Sputnik Azərbaycan
Baş nazir bildirib ki, Ermənistan hazırda demokratiyanı və onun institusional əsaslarını gücləndirməyə çalışır ki, demokratiya hakim siyasi qüvvələrin... 04.02.2025, Sputnik Azərbaycan
2025-02-04T12:10+0400
2025-02-04T12:10+0400
2025-02-04T12:10+0400
ermənistanın baş naziri nikol paşinyan
dünya xəbərləri
qərb
abş
https://cdnn1.img.sputnik.az/img/07e8/09/0a/467281537_0:161:3071:1888_1920x0_80_0_0_5d9cb2d40078e9626a58c93d9e93cf8b.jpg
BAKI, 4 fevral — Sputnik. Vaşinqtonun dəstəyi ABŞ siyasi elitasının Cənubi Qafqazda sülh gündəminə yardımından ibarət olmalıdır. Bunu Ermənistanın baş naziri Nikol Paşinyan deyib. Onun sözlərinə görə, müxtəlif insan hüquqlarının pozulması üçün münaqişə mühiti ən əlverişlidir və buna görə də Ermənistan hakimiyyəti sülh gündəminə diqqət yetirib. O, əmindir ki, Cənubi Qafqazda yalnız sabit sülh demokratiyanın inkişafı və insan hüquqlarının müdafiəsi üçün lazımi mühiti təmin edə bilər. Baş nazir bildirib ki, Ermənistan hazırda demokratiyanı və onun institusional əsaslarını gücləndirməyə çalışır ki, demokratiya hakim siyasi qüvvələrin iradəsindən asılı olmasın. Paşinyan və həyat yoldaşı Anna Akopyan fevralın 3-dən 7-dək ABŞ-da işgüzar səfərdədirlər. O, Vaşinqtonda keçiriləcək 5-ci Beynəlxalq Dini Azadlıq Sammitində iştirak edəcək.Digər maraqlı xəbərləri həmçinin Sputnik Azərbaycan-ın Teleqram kanalından izləyin.
abş
Sputnik Azərbaycan
media@sputniknews.com
+74956456601
MIA „Rossiya Segodnya“
2025
Elvin Səlimov
https://cdnn1.img.sputnik.az/img/07e5/09/1d/433650743_330:68:1200:938_100x100_80_0_0_5e9cf150965a5ac0ee77f0e9ba7cb59f.jpg
Elvin Səlimov
https://cdnn1.img.sputnik.az/img/07e5/09/1d/433650743_330:68:1200:938_100x100_80_0_0_5e9cf150965a5ac0ee77f0e9ba7cb59f.jpg
xəbərlər
ru_AZ
Sputnik Azərbaycan
media@sputniknews.com
+74956456601
MIA „Rossiya Segodnya“
https://cdnn1.img.sputnik.az/img/07e8/09/0a/467281537_170:0:2901:2048_1920x0_80_0_0_b5ec35962549103c892d95828a4f34d2.jpgSputnik Azərbaycan
media@sputniknews.com
+74956456601
MIA „Rossiya Segodnya“
Elvin Səlimov
https://cdnn1.img.sputnik.az/img/07e5/09/1d/433650743_330:68:1200:938_100x100_80_0_0_5e9cf150965a5ac0ee77f0e9ba7cb59f.jpg
ermənistanın baş naziri nikol paşinyan, qərb, abş
ermənistanın baş naziri nikol paşinyan, qərb, abş
Yalnız sabit sülh demokratiyanın inkişafını təmin edə bilər - Paşinyan
Baş nazir bildirib ki, Ermənistan hazırda demokratiyanı və onun institusional əsaslarını gücləndirməyə çalışır ki, demokratiya hakim siyasi qüvvələrin iradəsindən asılı olmasın.
BAKI, 4 fevral — Sputnik. Vaşinqtonun dəstəyi ABŞ siyasi elitasının Cənubi Qafqazda sülh gündəminə yardımından ibarət olmalıdır. Bunu Ermənistanın baş naziri Nikol Paşinyan deyib.
"ABŞ-yə görə Ermənistanı dəstəkləmək üçün ən təsirli vasitənin nə olduğunu soruşsanız, deyəcəyəm ki, Cənubi Qafqazda sülhün əldə edilməsi gündəliyinin siyasi elitanın prioritetləri sırasına daxil edilməsi çox vacib olardı. Çünki biz azadlıqları dəstəkləyirik, amma bilirsiniz ki, insanların azadlıqlarını qorumaq üçün ən yaxşı vasitənin sülh olduğuna inanıram", - Paşinyan bildirib.
Onun sözlərinə görə, müxtəlif insan hüquqlarının pozulması üçün münaqişə mühiti ən əlverişlidir və buna görə də Ermənistan hakimiyyəti sülh gündəminə diqqət yetirib. O, əmindir ki, Cənubi Qafqazda yalnız sabit sülh demokratiyanın inkişafı və insan hüquqlarının müdafiəsi üçün lazımi mühiti təmin edə bilər.
Baş nazir bildirib ki, Ermənistan hazırda demokratiyanı və onun institusional əsaslarını gücləndirməyə çalışır ki, demokratiya hakim siyasi qüvvələrin iradəsindən asılı olmasın.
"Mən əminəm ki, Ermənistanda demokratiya dönməzdir. İndi yalnız bir alət var ki, onun vasitəsilə Ermənistanın demokratik yoluna mane olmağa cəhd edilir. Bu, müharibə, eskalasiya və münaqişə alətidir", - Paşinyan qeyd edib.
Paşinyan və həyat yoldaşı Anna Akopyan fevralın 3-dən 7-dək ABŞ-da işgüzar səfərdədirlər. O, Vaşinqtonda keçiriləcək 5-ci Beynəlxalq Dini Azadlıq Sammitində iştirak edəcək.
Digər maraqlı xəbərləri həmçinin Sputnik Azərbaycan-ın Teleqram kanalından izləyin.