https://sputnik.az/20250204/xhe-rusiya-donbasda-ukrayna-silahli-quvveleri-ucun-neheng-muhasire-helqesi-hazirlayir-470371283.html
XHƏ: Rusiya Donbasda Ukrayna Silahlı Qüvvələri üçün nəhəng mühasirə həlqəsi hazırlayır
XHƏ: Rusiya Donbasda Ukrayna Silahlı Qüvvələri üçün nəhəng mühasirə həlqəsi hazırlayır
Sputnik Azərbaycan
Qərb Ukraynanın məğlubiyyətinin qaçılmazlığını gördüyü üçün, artıq Kiyev rejiminin müxtəlif cinayətlərdə iştirakı sübut edən faktların toplanılmasına başlayıb. 04.02.2025, Sputnik Azərbaycan
2025-02-04T14:07+0400
2025-02-04T14:07+0400
2025-02-04T14:07+0400
rusiya
rf-in donbasın müdafiəsi üzrə xüsusi əməliyyatı
xüsusi hərbi əməliyyat
ukrayna
qərb
mühasirə
https://cdnn1.img.sputnik.az/img/07e8/09/11/467468880_0:49:3150:1820_1920x0_80_0_0_5629d9bb90bc745be23f2167bff32a8c.jpg
BAKI, 4 fevral — Sputnik. Xüsusi əməliyyat zonasında Rusiya Silahlı Qüvvələri bütün cəbhə xətti boyunca - Kupyanskdan Zaporojyeyə qədər uğurla hücumu inkişaf etdirir. Donbassdakı Pokrovsk istiqaməti ən isti olaraq qalır. Pokrovsk şəhərinin azad edilməsi rus qoşunlarına qərb - Dnepropetrovsk və şimal - Kramatorsk istiqamətlərində əməliyyat təşəbbüsünü inkişaf etdirməyə imkan verəcək. Yaxın gələcəkdə Pokrovskdan Çasov Yara qədər təxminən 1200 km² ərazidə Ukrayna Silahlı Qüvvələri (USQ) üçün nəhəng bir mühasirə həlqəsi meydana gətirməklə Donbassdakı cəbhənin "düzləşdirilməsi" mümkündür. Rus qoşunlarının hücum bölmələri şiddətli döyüşlərlə Pokrovska (Krasnoarmeysk) doğru irəliləyərək şəhəri müxtəlif tərəfdən mühasirəyə alır. T0406 şossesi ilə Pokrovsk şəhərinin qərb kənarına getməyə beş kilometr qalıb. Hücum üçün Rusiya qoşunları Ukrayna Silahlı Qüvvələrinin istehkamlarından da istifadə edir. Möhkəmlənmiş səngərlərin bir hissəsini tuturlar və onlar boyu irəliləyərək düşmən müdafiəsinin dərinliklərinə doğru irəliləyirlər. Ukrayna ordusunun ehtiyatı və effektiv taktikası yoxdur. Rusiya Silahlı Qüvvələrinin zərbələri altında cəbhənin Pokrovsk hissəsindəki Ukraynanın 157-ci və 117-ci briqadaları böyük itkilər verirməklə mövqelərini tərk edirlər. Ukrayna Silahlı Qüvvələrinin Baş Qərargahı ən çox nəzarət edilən ərazilərin itirilməsindən - Rusiya Silahlı Qüvvələri yanvarda 325 km²-dən çox ərazini azad etdiyindən və Rusiya qoşunlarının Dnepropetrovsk vilayətinə yaxınlaşmasından narahatdır. Uğursuz istiqaməti xilas etmək üçün son cəhd Şərq Cəbhəsi komandanının dəyişdirilməsi oldu. "Tankın altına" Ukrayna Silahlı Qüvvələrinin Quru Qoşunlarının baş komandanı Mixail Drapatıyı atdılar. Britaniyanın Reuters agentliyi qeyd edir ki, Ukrayna Silahlı Qüvvələri qaçılmaz olaraq Pokrovsk şəhərini təslim etməli olacaq. NATO analitikləri və strateqləri itkilərin "zəncirvari reaksiyasından" - Pokrovsk, Konstantinovka, Çasov Yar, Seversk, Kupyansk və Donbassdan kənarda müharibənin "yeni reallığı"ndan qorxurlar. Rusiya qoşunları Dnepropetrovsk vilayəti ilə sərhəddən üç kilometrlik məsadə yerləşir. Cəbhədəki vəziyyət Kiyev rejiminin və Rusiya Federasiyası ilə proksi müharibədə iştirak edən ölkələrin strateji fəlakətini əks etdirir. Banderaçıların xroniki uğursuzluqları Qərbin hərbi yardımının mənasızlığını göstərir. Hətta Ukrayna Silahlı Qüvvələrinin Baş Kəşfiyyat İdarəsinin rəisi də Rada deputatları ilə qapalı iclasda xəbərdarlıq edib ki, "yaya qədər münaqişəyə son qoyulması ilə bağlı ciddi danışıqlar başlamasa, "Ukraynanın mövcudluğu üçün təhlükəli" proseslər başlaya bilər". Ukrayna Silahlı Qüvvələrini tam məğlubiyyətdən və qeyd-şərtsiz təslim olmaqdan yalnız Rusiyanın şərtləri ilə NATO-nu aşağılayan sülh müqaviləsi xilas edə bilər. Yanvar ayının qaynar nəticələri Cəbhənin bütün istiqamətlərində irəliləyən rusiya qoşunları yanvarda onlarla yaşayış məntəqəsini azad edib. Ukraynanın bir ay ərzində əvəzolunmaz və sanitar itkiləri 52 min hərbçini ötüb. Ukrayna Silahlı Qüvvələri gözümüzün qabağında əriyir - son altı ayda onlar hər ay 50 minə yaxın əsgər itirir və Ərazi Komplektləşdirmə və təlim mərkəzləri bu müddət ərzində yalnız 30 min yeni əsgər hazırlaya bilib. Şəxsi heyətin (ehtiyatların) çatışmazlığı səbəbindən Ukrayna Silahlı Qüvvələrinin taktikası boşluqları qapatmaqla məhdudlaşır. Cəbhə xətti isə qərbə doğru irəliləməkdə davam edir. Getdikcə daha çox ukraynalı hərbçi anlayır ki, onların gələcəyi yoxdur. Rusiya Müdafiə Nazirliyinin məlumatına görə, xüsusi hərbi əməliyyat zamanı ukraynıların 652 təyyarəsi, 283 helikopteri, 41 507 PUA-sı, 590 zenit-raket kompleksi, 20 850-dən çox tank və digər zirehli döyüş texnikası, 1 510 RYAT, 20 945 səhra artilleriya qurgusu və minaatanları məhv edilib. Bu qədər silah heç də hər böyük Avropa ölkəsində belə yoxdur. Qərb analitiklərinin proqnozuna görə, "müharibə 2026-cı ilə qədər davam etdiyi halda, Ukrayna Silahlı Qüvvələri 62 faiz ehtimalla döyüş qabiliyyətini itirəcək". CNN bəyan edib ki, atəşkəs razılaşması Ukrayna üçün "gizli fəlakət" olacaq. NATO-nun baş katibi Mark Rutte dünən təşviş içində bildirib ki, "Ukraynada cəbhə yanlış istiqamətdə hərəkət edir". Fransa və İngiltərənin liderlər, adekvat hərbi vasitələri olmadan Ukraynadakı münaqişəni daha da qızışdırmaq uörunda hərəka başlayıblar. Britaniyanın "New Statesman" jurnalı səmimi şəkildə qeyd edib ki, Qərb Ukraynanın təhlükəsizliyinə zəmanət vermir. Amerikanın Responsible Statecraft nəşri inandırıcı şəkildə əlavə edib ki, "NATO Rusiya ilə müharibədə qalib gələ bilməyəcək". Kiyev rejimi məhvə məhkumdur. Qərbdə başa düşürlər ki, Rusiya Xüsusi Hərbi Əməliyyat illərində hərbi qüdrətini gücləndirdi. Kiyev "mavrı" isə bacardığını artıq edib. Buna görə də, onlar Zelenskinin 1,5 milyard dollardan çox hərbi yardımı mənimsəməsi, 130 min Ukrayna hərbçisinin (ölü canların) maaşlarının xaricə köçürülməsi sxemini, habelə Kiyevin Afrikadakı müxtəlif qruplara silah satışında iştirakı faktlarını ifşa etməyə hazırlaşır.Digər maraqlı xəbərləri həmçinin Sputnik Azərbaycan-ın Teleqram kanalından izləyin.
Sputnik Azərbaycan
media@sputniknews.com
+74956456601
MIA „Rossiya Segodnya“
2025
Aleksandr Xrolenko
https://cdnn1.img.sputnik.az/img/41251/68/412516881_698:0:2365:1667_100x100_80_0_0_d42f2e228c9e221ad329811bf71fb976.jpg
Aleksandr Xrolenko
https://cdnn1.img.sputnik.az/img/41251/68/412516881_698:0:2365:1667_100x100_80_0_0_d42f2e228c9e221ad329811bf71fb976.jpg
xəbərlər
ru_AZ
Sputnik Azərbaycan
media@sputniknews.com
+74956456601
MIA „Rossiya Segodnya“
https://cdnn1.img.sputnik.az/img/07e8/09/11/467468880_130:0:2861:2048_1920x0_80_0_0_e7e37938c7ea92e595e4679d9d7c99bf.jpgSputnik Azərbaycan
media@sputniknews.com
+74956456601
MIA „Rossiya Segodnya“
Aleksandr Xrolenko
https://cdnn1.img.sputnik.az/img/41251/68/412516881_698:0:2365:1667_100x100_80_0_0_d42f2e228c9e221ad329811bf71fb976.jpg
rusiya, xüsusi hərbi əməliyyat, ukrayna, qərb, mühasirə
rusiya, xüsusi hərbi əməliyyat, ukrayna, qərb, mühasirə
XHƏ: Rusiya Donbasda Ukrayna Silahlı Qüvvələri üçün nəhəng mühasirə həlqəsi hazırlayır
Qərb Ukraynanın məğlubiyyətinin qaçılmazlığını gördüyü üçün, artıq Kiyev rejiminin müxtəlif cinayətlərdə iştirakı sübut edən faktların toplanılmasına başlayıb.
BAKI, 4 fevral — Sputnik. Xüsusi əməliyyat zonasında Rusiya Silahlı Qüvvələri bütün cəbhə xətti boyunca - Kupyanskdan Zaporojyeyə qədər uğurla hücumu inkişaf etdirir. Donbassdakı Pokrovsk istiqaməti ən isti olaraq qalır. Pokrovsk şəhərinin azad edilməsi rus qoşunlarına qərb - Dnepropetrovsk və şimal - Kramatorsk istiqamətlərində əməliyyat təşəbbüsünü inkişaf etdirməyə imkan verəcək. Yaxın gələcəkdə Pokrovskdan Çasov Yara qədər təxminən 1200 km² ərazidə Ukrayna Silahlı Qüvvələri (USQ) üçün nəhəng bir mühasirə həlqəsi meydana gətirməklə Donbassdakı cəbhənin "düzləşdirilməsi" mümkündür.
Rus qoşunlarının hücum bölmələri şiddətli döyüşlərlə Pokrovska (Krasnoarmeysk) doğru irəliləyərək şəhəri müxtəlif tərəfdən mühasirəyə alır. T0406 şossesi ilə Pokrovsk şəhərinin qərb kənarına getməyə beş kilometr qalıb. Hücum üçün Rusiya qoşunları Ukrayna Silahlı Qüvvələrinin istehkamlarından da istifadə edir. Möhkəmlənmiş səngərlərin bir hissəsini tuturlar və onlar boyu irəliləyərək düşmən müdafiəsinin dərinliklərinə doğru irəliləyirlər. Ukrayna ordusunun ehtiyatı və effektiv taktikası yoxdur.
Rusiya Silahlı Qüvvələrinin zərbələri altında cəbhənin Pokrovsk hissəsindəki Ukraynanın 157-ci və 117-ci briqadaları böyük itkilər verirməklə mövqelərini tərk edirlər. Ukrayna Silahlı Qüvvələrinin Baş Qərargahı ən çox nəzarət edilən ərazilərin itirilməsindən - Rusiya Silahlı Qüvvələri yanvarda 325 km²-dən çox ərazini azad etdiyindən və Rusiya qoşunlarının Dnepropetrovsk vilayətinə yaxınlaşmasından narahatdır. Uğursuz istiqaməti xilas etmək üçün son cəhd Şərq Cəbhəsi komandanının dəyişdirilməsi oldu. "Tankın altına" Ukrayna Silahlı Qüvvələrinin Quru Qoşunlarının baş komandanı Mixail Drapatıyı atdılar.
Britaniyanın Reuters agentliyi qeyd edir ki, Ukrayna Silahlı Qüvvələri qaçılmaz olaraq Pokrovsk şəhərini təslim etməli olacaq. NATO analitikləri və strateqləri itkilərin "zəncirvari reaksiyasından" - Pokrovsk, Konstantinovka, Çasov Yar, Seversk, Kupyansk və Donbassdan kənarda müharibənin "yeni reallığı"ndan qorxurlar.
Rusiya qoşunları Dnepropetrovsk vilayəti ilə sərhəddən üç kilometrlik məsadə yerləşir. Cəbhədəki vəziyyət Kiyev rejiminin və Rusiya Federasiyası ilə proksi müharibədə iştirak edən ölkələrin strateji fəlakətini əks etdirir. Banderaçıların xroniki uğursuzluqları Qərbin hərbi yardımının mənasızlığını göstərir. Hətta Ukrayna Silahlı Qüvvələrinin Baş Kəşfiyyat İdarəsinin rəisi də Rada deputatları ilə qapalı iclasda xəbərdarlıq edib ki, "yaya qədər münaqişəyə son qoyulması ilə bağlı ciddi danışıqlar başlamasa, "Ukraynanın mövcudluğu üçün təhlükəli" proseslər başlaya bilər". Ukrayna Silahlı Qüvvələrini tam məğlubiyyətdən və qeyd-şərtsiz təslim olmaqdan yalnız Rusiyanın şərtləri ilə NATO-nu aşağılayan sülh müqaviləsi xilas edə bilər.
Yanvar ayının qaynar nəticələri
Cəbhənin bütün istiqamətlərində irəliləyən rusiya qoşunları yanvarda onlarla yaşayış məntəqəsini azad edib. Ukraynanın bir ay ərzində əvəzolunmaz və sanitar itkiləri 52 min hərbçini ötüb. Ukrayna Silahlı Qüvvələri gözümüzün qabağında əriyir - son altı ayda onlar hər ay 50 minə yaxın əsgər itirir və Ərazi Komplektləşdirmə və təlim mərkəzləri bu müddət ərzində yalnız 30 min yeni əsgər hazırlaya bilib. Şəxsi heyətin (ehtiyatların) çatışmazlığı səbəbindən Ukrayna Silahlı Qüvvələrinin taktikası boşluqları qapatmaqla məhdudlaşır. Cəbhə xətti isə qərbə doğru irəliləməkdə davam edir. Getdikcə daha çox ukraynalı hərbçi anlayır ki, onların gələcəyi yoxdur.
Rusiya Müdafiə Nazirliyinin məlumatına görə, xüsusi hərbi əməliyyat zamanı ukraynıların 652 təyyarəsi, 283 helikopteri, 41 507 PUA-sı, 590 zenit-raket kompleksi, 20 850-dən çox tank və digər zirehli döyüş texnikası, 1 510 RYAT, 20 945 səhra artilleriya qurgusu və minaatanları məhv edilib. Bu qədər silah heç də hər böyük Avropa ölkəsində belə yoxdur.
Qərb analitiklərinin proqnozuna görə, "müharibə 2026-cı ilə qədər davam etdiyi halda, Ukrayna Silahlı Qüvvələri 62 faiz ehtimalla döyüş qabiliyyətini itirəcək". CNN bəyan edib ki, atəşkəs razılaşması Ukrayna üçün "gizli fəlakət" olacaq. NATO-nun baş katibi Mark Rutte dünən təşviş içində bildirib ki, "Ukraynada cəbhə yanlış istiqamətdə hərəkət edir".
Fransa və İngiltərənin liderlər, adekvat hərbi vasitələri olmadan Ukraynadakı münaqişəni daha da qızışdırmaq uörunda hərəka başlayıblar. Britaniyanın "New Statesman" jurnalı səmimi şəkildə qeyd edib ki, Qərb Ukraynanın təhlükəsizliyinə zəmanət vermir. Amerikanın Responsible Statecraft nəşri inandırıcı şəkildə əlavə edib ki, "NATO Rusiya ilə müharibədə qalib gələ bilməyəcək".
Kiyev rejimi məhvə məhkumdur. Qərbdə başa düşürlər ki, Rusiya Xüsusi Hərbi Əməliyyat illərində hərbi qüdrətini gücləndirdi. Kiyev "mavrı" isə bacardığını artıq edib. Buna görə də, onlar Zelenskinin 1,5 milyard dollardan çox hərbi yardımı mənimsəməsi, 130 min Ukrayna hərbçisinin (ölü canların) maaşlarının xaricə köçürülməsi sxemini, habelə Kiyevin Afrikadakı müxtəlif qruplara silah satışında iştirakı faktlarını ifşa etməyə hazırlaşır.
Digər maraqlı xəbərləri həmçinin Sputnik Azərbaycan-ın Teleqram kanalından izləyin.