Вид на Москву-реку, фото из архива - Sputnik Azərbaycan, 1920
RUSİYA
Rusiya Federasiyasına dair aktual məqalələr

Rusiyada məhkəmə rəssamın "Dumandakı kirpi" sikkəsinə görə iddiasını qəbul edib - FOTO

© Sputnik"Dumandakı kirpi" cizgi filmindən kadr
Dumandakı kirpi cizgi filmindən kadr - Sputnik Azərbaycan, 1920, 04.02.2025
Abunə olmaq
Rusiya Bankına qarşı iddiasında Yarbusova məhkəmədən onu rəsmin müəllifi kimi tanımağı, sikkələrin dövriyyədən çıxarılmasını, habelə ona dəyən mənəvi ziyana görə pul kompensasiyası tələb etməyi xahiş edir. İddianın məbləği göstərilmir.
BAKI, 4 fevral — Sputnik. Moskvanın Meşşanski məhkəməsi "Dumandakı kirpi" cizgi filminin quruluşçu rəssamı Françeska Yarbusovanın Rusiya Bankına qarşı müəllif hüquqlarının müdafiəsi ilə bağlı iddiasını icraata qəbul edib. Söhbət "Rusiya (Sovet) multiplikasiyası" seriyasından üç növ "Dumanda kirpi" sikkələrindən gedir.
Bu barədə "RİA Novosti"nin sərəncamında olan rəsmi məhkəmə sənədlərində məlumat verilib.
Sənədlərdə deyilir:

"Ərizə icraata qəbul edilsin və birinci instansiya məhkəməsində mülki iş başlansın".

Sənədlərə görə, fevralın 17-də məhkəmə bəyan edilmiş iddia və etirazların mahiyyəti ilə bağlı halların aydınlaşdırılması məqsədilə tərəflərlə görüş keçirəcək. Məhkəmə, digər məsələlərlə yanaşı, işdə iştirak edən şəxslərin tərkibi ilə bağlı məsələni də həll edəcək. Bundan sonra iddiaya mahiyyəti üzrə baxılması üçün tarix təyin olunacaq.
Sənədlərdən belə çıxır ki, Rusiya Bankına qarşı iddiasında Yarbusova məhkəmədən onu rəsmin müəllifi kimi tanımağı, sikkələrin dövriyyədən çıxarılmasını, habelə ona dəyən mənəvi ziyana görə pul kompensasiyası tələb etməyi xahiş edir. İddianın məbləği göstərilmir.
Daha əvvəl məhkəmə bildirib ki, iddiaçı 2024-cü ildə Rusiya Federasiyası Mərkəzi Bankının "Rusiya (Sovet) multiplikasiyası" seriyasından üç növ "Dumanda kirpi" sikkələrinin buraxılmasına diqqət çəkib.

"Rəssam hesab edir ki, cavabdeh öz intellektual fəaliyyətinin nəticələrindən icazəsiz və müəllifliyini göstərmədən istifadə edərək onun müəlliflik hüququnu pozub", - məhkəmə dəqiqləşdirib.

Qeyd edək ki, 2017-ci ildə Rusiya Bankı "Multiplikasiya" seriyasında 25 rubl nominalında ilk iki qiymətsiz sikkə buraxıb. Sonralar hər il məşhur Rusiya və Sovet cizgi filmlərindən qəhrəmanların təsvirləri olan sikkələr buraxılıb. 2024-cü ilin əvvəlinə olan məlumata görə, buraxılışların siyahısına 13 adda sikkə daxildir, lakin seriya bitməyib. Rusiya Federasiyasının Mərkəzi Bankı bu proqramı 2025-ci ildə də davam etdirməyi planlaşdırıb.
Hər buraxılışa iki növ sikkə daxildir. Birinci növ sikkələrdə klassik relyef təsvirləri, digər növdə isə təkcə relyef deyil, həm də rəngli təsvirlər var. "Multiplikasiya" seriyasının rəngli sikkələri blister qablaşdırmada buraxılır, onlar daha kiçik tirajlıdır və kolleksiyaçılar tərəfindən yüksək qiymətləndirilir. Məsələn, ilk buraxılışların dəyəri 10 min rubldan ( təxminən, 170 manat) çoxdur.
Bundan əvvəl Rusiyada "Soyuzmultfilm"in personajları olan konstruktor dəstlərinin istehsal olunacağı barədə məlumat verilmişdi.
Digər maraqlı xəbərləri həmçinin Sputnik Azərbaycan-ın Teleqram kanalından izləyin.
Xəbər lenti
0