https://sputnik.az/20250204/qerb-hec-vaxt-beynelxalq-huquqa-hormete-esaslanan-nizami-beyenmeyib---lavrov-470369838.html
Qərb heç vaxt beynəlxalq hüquqa hörmətə əsaslanan nizamı bəyənməyib - Lavrov
Qərb heç vaxt beynəlxalq hüquqa hörmətə əsaslanan nizamı bəyənməyib - Lavrov
Sputnik Azərbaycan
Rusiya XİN rəhbəri vurğulayıb ki, Yalta-Potsdam sisteminin təməli ərazisinin ölçüsündən, əhalisindən, hərbi gücündən və ya digər meyarlardan asılı olmayaraq... 04.02.2025, Sputnik Azərbaycan
2025-02-04T11:31+0400
2025-02-04T11:31+0400
2025-02-04T11:32+0400
sergey lavrov
rusiya
rusiya
xin
https://cdnn1.img.sputnik.az/img/07e8/0a/02/467828156_0:0:3072:1728_1920x0_80_0_0_e1b398d300a36baacd1708fd45442cdf.jpg
BAKI, 4 fevral — Sputnik. "Qərb heç vaxt BMT-nin mərkəzi roluna və beynəlxalq hüquqa hörmətə əsaslanan nizamı bəyənməyib, çünki o, neokolonial paradiqmada yaşamağa vərdiş edib". Bunu Rusiyanın xarici işlər naziri Sergey Lavrov "Rusiya qlobal siyasətdə" jurnalında dərc olunan məqaləsində yazıb. O, ABŞ dövlət katibinin siyasi məsələlər üzrə keçmiş müavini Viktoriya Nulandın "Yalta ABŞ üçün yaxşı qərar deyildi, buna razılıq verilməməli idi" sözlərini xatırladıb. "Bu bəyanat ABŞ-ın beynəlxalq arenadakı davranışı haqqında çox şey ifadə edir. Nulandın sözlərinə görə, Vaşinqton 1945-ci ildə müharibədən sonrakı dünya düzəninə demək olar ki, könülsüz şəkildə razılıq verməyə məcbur olub və hətta o zaman da ABŞ elitaları tərəfindən bu cür qəbul edilib. Məhz bu hiss Qərbin Yalta-Potsdam sülhünü yenidən nəzərdən keçirmək üçün sonrakı xəttini doğurdu. Bu proses Uinston Çörçillin 1946-cı ildə Sovet İttifaqına faktiki olaraq "soyuq müharibə" elan edən bədnam Fulton çıxışı ilə başladı. Yalta-Potsdam sazişlərini taktiki güzəşt kimi qəbul edən ABŞ və onun müttəfiqləri sonradan heç vaxt BMT Nizamnaməsinin dövlətlərin suveren bərabərliyi ilə bağlı əsas prinsipinə əməl etmədilər", - Lavrov vurğulayıb. Onun fikrincə, SSRİ sosialist bloku ilə birlikdə dağılanda Qərbin özünü düzəltmək şansı var idi. Ancaq eqoist instinktlər qalib gəldi.""Soyuq Müharibədə qələbədən" məst olan ABŞ prezidenti Corc Buş 1990-cı il sentyabrın 11-də Konqresin hər iki palatasında çıxışı zamanı yeni dünya nizamının yarandığını elan etdi. ABŞ strateqlərinin anlayışı ABŞ-ın beynəlxalq arenada tam üstünlüyü, Vaşinqtonun BMT Nizamnaməsində nəzərdə tutulmuş hüquqi məhdudiyyətləri nəzərə almadan birtərəfli qaydada hərəkət etməsi üçün "məhdud imkanlar pəncərəsi" demək idi", - Rusiya Xarici İşlər Nazirliyinin rəhbəri qeyd edib. Lavrov vurğulayıb ki, Yalta-Potsdam sisteminin təməli ərazisinin ölçüsündən, əhalisindən, hərbi gücündən və ya digər meyarlardan asılı olmayaraq dövlətlərin suveren bərabərliyi prinsipidir. "Yalta-Potsdam sisteminin siyasi "nüvəsi" olaraq BMT ümumi çağırışlara kollektiv cavabların hazırlanması üçün yeganə universal platformadır – istər beynəlxalq sülhün və təhlükəsizliyin qorunması, istərsə də sosial-iqtisadi inkişafın təşviqi sahəsində. Rusiya alimlərinin haqlı olaraq yazdıqları kimi, hər hansı bir beynəlxalq qurum, ilk növbədə, "dövlətlərin təbii eqoizmini məhdudlaşdırmaq üçün bir yoldur. BMT razılaşdırılmış və konsensusla qəbul edilmiş nizamnamə şəklində hərtərəfli qaydalar toplusu ilə bu mənada istisna deyil", - Lavrov bildirib.Digər maraqlı xəbərləri həmçinin Sputnik Azərbaycan-ın Teleqram kanalından izləyin.
Sputnik Azərbaycan
media@sputniknews.com
+74956456601
MIA „Rossiya Segodnya“
2025
Elvin Səlimov
https://cdnn1.img.sputnik.az/img/07e5/09/1d/433650743_330:68:1200:938_100x100_80_0_0_5e9cf150965a5ac0ee77f0e9ba7cb59f.jpg
Elvin Səlimov
https://cdnn1.img.sputnik.az/img/07e5/09/1d/433650743_330:68:1200:938_100x100_80_0_0_5e9cf150965a5ac0ee77f0e9ba7cb59f.jpg
xəbərlər
ru_AZ
Sputnik Azərbaycan
media@sputniknews.com
+74956456601
MIA „Rossiya Segodnya“
https://cdnn1.img.sputnik.az/img/07e8/0a/02/467828156_0:0:2732:2048_1920x0_80_0_0_d635c7495b71b66878abd1f9acdd2d7d.jpgSputnik Azərbaycan
media@sputniknews.com
+74956456601
MIA „Rossiya Segodnya“
Elvin Səlimov
https://cdnn1.img.sputnik.az/img/07e5/09/1d/433650743_330:68:1200:938_100x100_80_0_0_5e9cf150965a5ac0ee77f0e9ba7cb59f.jpg
sergey lavrov, rusiya, xin
sergey lavrov, rusiya, xin
Qərb heç vaxt beynəlxalq hüquqa hörmətə əsaslanan nizamı bəyənməyib - Lavrov
11:31 04.02.2025 (Yenilənib: 11:32 04.02.2025) Rusiya XİN rəhbəri vurğulayıb ki, Yalta-Potsdam sisteminin təməli ərazisinin ölçüsündən, əhalisindən, hərbi gücündən və ya digər meyarlardan asılı olmayaraq dövlətlərin suveren bərabərliyi prinsipidir.
BAKI, 4 fevral — Sputnik. "Qərb heç vaxt BMT-nin mərkəzi roluna və beynəlxalq hüquqa hörmətə əsaslanan nizamı bəyənməyib, çünki o, neokolonial paradiqmada yaşamağa vərdiş edib". Bunu Rusiyanın xarici işlər naziri Sergey Lavrov "Rusiya qlobal siyasətdə" jurnalında dərc olunan məqaləsində yazıb.
"BMT mərkəzli nizam həqiqətən beynəlxalq universal hüquqa əsaslanan nizam adlanır və hər bir dövlətin buna hörmətlə yanaşacağına inanılır. Rusiya, dünya birliyinin əksər üzvləri kimi, heç vaxt bununla bağlı problem yaşamamışdır, lakin müstəsnalıq sindromundan qurtulmamış, neokolonial paradiqma ilə hərəkət etməyə, yəni başqalarının hesabına yaşamağa öyrəşmiş Qərb üçün beynəlxalq hüquqa hörmətə əsaslanan dövlətlərarası qarşılıqlı fəaliyyət formatı xşa gələn deyildi", - Lavrov qeyd edib.
O, ABŞ dövlət katibinin siyasi məsələlər üzrə keçmiş müavini Viktoriya Nulandın "Yalta ABŞ üçün yaxşı qərar deyildi, buna razılıq verilməməli idi" sözlərini xatırladıb.
"Bu bəyanat ABŞ-ın beynəlxalq arenadakı davranışı haqqında çox şey ifadə edir. Nulandın sözlərinə görə, Vaşinqton 1945-ci ildə müharibədən sonrakı dünya düzəninə demək olar ki, könülsüz şəkildə razılıq verməyə məcbur olub və hətta o zaman da ABŞ elitaları tərəfindən bu cür qəbul edilib. Məhz bu hiss Qərbin Yalta-Potsdam sülhünü yenidən nəzərdən keçirmək üçün sonrakı xəttini doğurdu. Bu proses Uinston Çörçillin 1946-cı ildə Sovet İttifaqına faktiki olaraq "soyuq müharibə" elan edən bədnam Fulton çıxışı ilə başladı. Yalta-Potsdam sazişlərini taktiki güzəşt kimi qəbul edən ABŞ və onun müttəfiqləri sonradan heç vaxt BMT Nizamnaməsinin dövlətlərin suveren bərabərliyi ilə bağlı əsas prinsipinə əməl etmədilər", - Lavrov vurğulayıb.
Onun fikrincə, SSRİ sosialist bloku ilə birlikdə dağılanda Qərbin özünü düzəltmək şansı var idi. Ancaq eqoist instinktlər qalib gəldi.
""Soyuq Müharibədə qələbədən" məst olan ABŞ prezidenti Corc Buş 1990-cı il sentyabrın 11-də Konqresin hər iki palatasında çıxışı zamanı yeni dünya nizamının yarandığını elan etdi. ABŞ strateqlərinin anlayışı ABŞ-ın beynəlxalq arenada tam üstünlüyü, Vaşinqtonun BMT Nizamnaməsində nəzərdə tutulmuş hüquqi məhdudiyyətləri nəzərə almadan birtərəfli qaydada hərəkət etməsi üçün "məhdud imkanlar pəncərəsi" demək idi", - Rusiya Xarici İşlər Nazirliyinin rəhbəri qeyd edib.
Lavrov vurğulayıb ki, Yalta-Potsdam sisteminin təməli ərazisinin ölçüsündən, əhalisindən, hərbi gücündən və ya digər meyarlardan asılı olmayaraq dövlətlərin suveren bərabərliyi prinsipidir.
"Alimlərin hələ də mübahisə etdiyi bütün güclü və zəif tərəfləri ilə Yalta-Potsdam nizamı artıq səkkiz onillikdir ki, beynəlxalq sistemin işləməsi üçün normativ-hüquqi baza yaradır. Mərkəzində BMT olan dünya nizamı öz əsas rolunu yerinə yetirir - hamını yeni dünya müharibəsindən sığortalayır. Ekspertlərin "BMT bizi cənnətə aparmadı, cəhənnəmdən xilas etdi" fikri ilə razılaşmamaq çətindir. O qeyd edib ki, BMT Təhlükəsizlik Şurasında veto hüququ "tarazlaşdırılmamış qərarların qəbulu üçün güclü maneə rolunu oynayır və maraqlar balansına əsaslanan kompromislərin tapılması üçün imkan yaradır", - Rusiya XİN rəhbəri izah edib.
"Yalta-Potsdam sisteminin siyasi "nüvəsi" olaraq BMT ümumi çağırışlara kollektiv cavabların hazırlanması üçün yeganə universal platformadır – istər beynəlxalq sülhün və təhlükəsizliyin qorunması, istərsə də sosial-iqtisadi inkişafın təşviqi sahəsində. Rusiya alimlərinin haqlı olaraq yazdıqları kimi, hər hansı bir beynəlxalq qurum, ilk növbədə, "dövlətlərin təbii eqoizmini məhdudlaşdırmaq üçün bir yoldur. BMT razılaşdırılmış və konsensusla qəbul edilmiş nizamnamə şəklində hərtərəfli qaydalar toplusu ilə bu mənada istisna deyil", - Lavrov bildirib.
Digər maraqlı xəbərləri həmçinin Sputnik Azərbaycan-ın Teleqram kanalından izləyin.