Вид на Москву-реку, фото из архива - Sputnik Azərbaycan, 1920
RUSİYA
Rusiya Federasiyasına dair aktual məqalələr

Peskov: Dünya çoxqütblüdür, buna göz yummaq olmaz

© Sputnik / Александр ЩербакRusiya Federasiyası Prezidentinin mətbuat katibi Dmitri Peskov
Rusiya Federasiyası Prezidentinin mətbuat katibi Dmitri Peskov - Sputnik Azərbaycan, 1920, 04.02.2025
Abunə olmaq
Kreml rəsmisi deyib ki, dünya məsələlərinin gələcək konfiqurasiyası ilə bağlı hələ çox müzakirələr aparılmalıdır.
BAKI, 4 fevral — Sputnik. Dünya çoxqütblü olur, buna göz yummaq olmaz. Gələcəkdə dünya məsələlərinin konfiqurasiyası ilə bağlı hələ çox müzakirələr aparılmalıdır. Bunu Rusiya prezidentinin mətbuat katibi Dmitri Peskov deyib.
Yalta konfransının 80 illiyi ilə əlaqədar olaraq jurnalist Peskovdan Böyük Vətən Müharibəsində Rusiyanın müttəfiqlərinin hazırkı münaqişədə müxtəlif tərəflərdə olmasına baxmayaraq, Yalta-2-nin mümkün olub-olmadığını soruşub - bəlkə də Çinlə birlikdə yeni "üçlük" yaranacaq.

"Dünya dəyişir və təbii ki, həm iqtisadi, həm hərbi, həm də təhlükəsizliyin təmin edilməsi baxımından dünyada getdikcə daha çox güc mərkəzləri yaranır. Dünya çoxqütblü olur və ayrı-ayrı qütblər artıq dünyadakı təhlükəsizliyi və sabitliyi təmin etməkdə çətinlik çəkirlər. Çoxqütblülük o amildir ki, bunu görməzdən gəlmək olmaz, ona uyğun hərəkət etmək lazımdır. Şübhəsiz ki, dünya məsələlərinin gələcək konfiqurasiyası ilə bağlı hələ çox müzakirələr aparılmalıdır", - Peskov bildirib.

Digər maraqlı xəbərləri həmçinin Sputnik Azərbaycan-ın Teleqram kanalından izləyin.
Xəbər lenti
0