https://sputnik.az/20250204/peskov-abs-munaqiseni-bitirmek-ucun-ukraynaya-komek-etmemelidir-470381586.html
Peskov: ABŞ münaqişəni bitirmək üçün Ukraynaya kömək etməməlidir
Peskov: ABŞ münaqişəni bitirmək üçün Ukraynaya kömək etməməlidir
Sputnik Azərbaycan
Nazir qeyd edib ki, ABŞ və NATO təkcə silah tədarükü ilə deyil, həmçinin bir neçə ölkələrdə kadrların hazırlanması ilə də münaqişədə birbaşa iştirak edir. 04.02.2025, Sputnik Azərbaycan
2025-02-04T16:43+0400
2025-02-04T16:43+0400
2025-02-04T16:43+0400
vladimir putinin köməkçisi dmitri peskov
rusiya
abş
rusiya
https://cdnn1.img.sputnik.az/img/07e8/0b/06/468553737_0:0:3143:1768_1920x0_80_0_0_f87ef3f3e62f16cb0b9d1ebdd51c4bc8.jpg
BAKI, 4 fevral — Sputnik. ABŞ Ukraynaya silah tədarükünü davam etdirir. Heç kim bu tədarükün dayandırıldığını elan etmədiyi üçün bu proses davam edir. Bu barədə "RİA Novosti" agentliyi Rusiya prezidentinin mətbuat katibi Dmitri Peskovun sözlərinə istinadən xəbər verib. Media qeyd edib ki, ABŞ-ın Ukraynaya silah tədarükü qısa fasilədən sonra bərpa olunub. Bu yaxınlatda ABŞ Prezidenti Donald Trampın administrasiyası ABŞ-ın avropalı müttəfiqləri ilə müqayisədə qeyri-mütənasib töhfəsini qeyd edərək artıq Qərbin Kiyevə dəstəyi şərtlərinə yenidən baxılmasının zəruriliyi məsələsini gündəmə gətirib. Dmitri Peskov bildirib ki, ABŞ-ın Ukraynaya ümumiyyətlə yardım etməməsi və münaqişənin sona çatmasına kömək olması daha yaxşı olardı. "Əlbəttə ki, ABŞ münaqişəni bitirmək üçün Ukraynaya heç bir yardım etməməlidir", - Rusiya prezidentinin mətbuat katibi vurğulayıb. Rusiya hesab edir ki, Ukraynaya silah tədarükü nizamlanmaya mane olur, NATO ölkələrini birbaşa münaqişəyə cəlb edir. Rusiyanın xarici işlər naziri Sergey Lavrov qeyd edib ki, Ukrayna üçün silahdan ibarət istənilən yük Rusiya üçün qanuni hədəf olacaq. Nazirin sözlərinə görə, ABŞ və NATO təkcə silah tədarükü ilə deyil, həmçinin Böyük Britaniya, Almaniya, İtaliya və digər ölkələrdə kadrların hazırlanması ilə də münaqişədə birbaşa iştirak edir. Kremldə bildiriblər ki, Ukraynanın Qərb tərəfdən silahla təmin olunması danışıqlara kömək etmir və mənfi təsir göstərəcək. Kremlin sözçüsü həmçinin vurğulayıb ki, ABŞ Prezidenti Donald Trampın Ukraynanın nadir torpaq metalları ilə bağlı planları Kiyevə ABŞ-dan kömək almağı təklif etməkdən ibarətdir, Vaşinqtonun isə bu köməyi təmənnasız və ya başqa bir əsaslarla təmin etməyə hazır olduğu ilə əlaqədar deyil. Rusiya prezidentinin mətbuat katibi bildirib ki, Rusiyanın ABŞ-dakı diplomatik mülkiyyəti qeyri-qanuni saxlanılır və yeni administrasiya bu məsələ ilə bağlı hələ heç bir qərar qəbul etməyib. "Hələ ki, bu məsələ ilə bağlı heç bir qərar qəbul edilməyib və bizim əmlakımız ABŞ tərəfindən bütün norma və qaydaları pozaraq qanunsuz olaraq saxlanılır. Bu, bizim de-fakto və de-yure vəziyyətimizdir", - diplomat fikrini yekunlaşdırıb.Digər maraqlı xəbərləri həmçinin Sputnik Azərbaycan-ın Teleqram kanalından izləyin.
abş
Sputnik Azərbaycan
media@sputniknews.com
+74956456601
MIA „Rossiya Segodnya“
2025
xəbərlər
ru_AZ
Sputnik Azərbaycan
media@sputniknews.com
+74956456601
MIA „Rossiya Segodnya“
https://cdnn1.img.sputnik.az/img/07e8/0b/06/468553737_369:0:3100:2048_1920x0_80_0_0_06228faacc562a1187e151a5498b23d3.jpgSputnik Azərbaycan
media@sputniknews.com
+74956456601
MIA „Rossiya Segodnya“
vladimir putinin köməkçisi dmitri peskov, abş, rusiya
vladimir putinin köməkçisi dmitri peskov, abş, rusiya
Peskov: ABŞ münaqişəni bitirmək üçün Ukraynaya kömək etməməlidir
Nazir qeyd edib ki, ABŞ və NATO təkcə silah tədarükü ilə deyil, həmçinin bir neçə ölkələrdə kadrların hazırlanması ilə də münaqişədə birbaşa iştirak edir.
BAKI, 4 fevral — Sputnik. ABŞ Ukraynaya silah tədarükünü davam etdirir. Heç kim bu tədarükün dayandırıldığını elan etmədiyi üçün bu proses davam edir.
Bu barədə "RİA Novosti" agentliyi Rusiya prezidentinin mətbuat katibi Dmitri Peskovun sözlərinə istinadən xəbər verib.
Media qeyd edib ki, ABŞ-ın Ukraynaya silah tədarükü qısa fasilədən sonra bərpa olunub.
"Aydındır ki, tədarüklər (ABŞ-dan Ukraynaya - red.) davam etdirilir. Əslində, heç kim silah tədarükünün dayandırıldığını elan etməyib, ona görə də bu tədarüklər davam edir", - diplomat jurnalistlərə bildirib.
Bu yaxınlatda ABŞ Prezidenti Donald Trampın administrasiyası ABŞ-ın avropalı müttəfiqləri ilə müqayisədə qeyri-mütənasib töhfəsini qeyd edərək artıq Qərbin Kiyevə dəstəyi şərtlərinə yenidən baxılmasının zəruriliyi məsələsini gündəmə gətirib.
Dmitri Peskov bildirib ki, ABŞ-ın Ukraynaya ümumiyyətlə yardım etməməsi və münaqişənin sona çatmasına kömək olması daha yaxşı olardı.
"Əlbəttə ki, ABŞ münaqişəni bitirmək üçün Ukraynaya heç bir yardım etməməlidir", - Rusiya prezidentinin mətbuat katibi vurğulayıb.
Rusiya hesab edir ki, Ukraynaya silah tədarükü nizamlanmaya mane olur, NATO ölkələrini birbaşa münaqişəyə cəlb edir. Rusiyanın xarici işlər naziri Sergey Lavrov qeyd edib ki, Ukrayna üçün silahdan ibarət istənilən yük Rusiya üçün qanuni hədəf olacaq. Nazirin sözlərinə görə, ABŞ və NATO təkcə silah tədarükü ilə deyil, həmçinin Böyük Britaniya, Almaniya, İtaliya və digər ölkələrdə kadrların hazırlanması ilə də münaqişədə birbaşa iştirak edir. Kremldə bildiriblər ki, Ukraynanın Qərb tərəfdən silahla təmin olunması danışıqlara kömək etmir və mənfi təsir göstərəcək.
Kremlin sözçüsü həmçinin vurğulayıb ki, ABŞ Prezidenti Donald Trampın Ukraynanın nadir torpaq metalları ilə bağlı planları Kiyevə ABŞ-dan kömək almağı təklif etməkdən ibarətdir, Vaşinqtonun isə bu köməyi təmənnasız və ya başqa bir əsaslarla təmin etməyə hazır olduğu ilə əlaqədar deyil.
"Yəqin ki, əgər hər şeyi öz adı ilə desək, bu, kömək almaq təklifidir, yəni onu pulsuz və ya başqa bir formada davam etdirmək əvəzinə, kommersiya əsasında təmin etmək təklifidir. Ən yaxşısı isə ümumiyyətlə, heç bir kömək etməmək və bununla da münaqişənin başa çatmasına kömək etməkdir", - Peskov jurnalistlərə söyləyib.
Rusiya prezidentinin mətbuat katibi bildirib ki, Rusiyanın ABŞ-dakı diplomatik mülkiyyəti qeyri-qanuni saxlanılır və yeni administrasiya bu məsələ ilə bağlı hələ heç bir qərar qəbul etməyib.
"Hələ ki, bu məsələ ilə bağlı heç bir qərar qəbul edilməyib və bizim əmlakımız ABŞ tərəfindən bütün norma və qaydaları pozaraq qanunsuz olaraq saxlanılır. Bu, bizim de-fakto və de-yure vəziyyətimizdir", - diplomat fikrini yekunlaşdırıb.
Digər maraqlı xəbərləri həmçinin Sputnik Azərbaycan-ın Teleqram kanalından izləyin.