SİYASƏT
Ölkənin ictimai-siyasi həyatına, xarici siyasətə, beynəlxalq siyasi gündəmə dair məqalələr

Paşinyan ABŞ-dan nə istəyir?

© Photo : Official website of the Prime Minister of ArmeniaDonald Tramp və Nikol Paşinyan, Brüssel, 11 iyul 2018-ci il, arxiv
Donald Tramp və Nikol Paşinyan, Brüssel, 11 iyul 2018-ci il, arxiv - Sputnik Azərbaycan, 1920, 04.02.2025
Abunə olmaq
Millət vəkili hesab edir ki, Paşinyan üçün ermənipərəst senatorların fəaliyyəti və bu ölkədə yerləşən erməni diasporundan alacağı dəstək önəm kəsb edir.
BAKI, 4 fevral — Sputnik. Ermənistan baş naziri Nikol Paşinyan ABŞ-da səfərdədir. Paşinyan bildirib ki, Vaşinqtonun dəstəyi ABŞ siyasi elitasının Cənubi Qafqazda sülh gündəminə yardımından ibarət olmalıdır. Görünən odur ki, Paşinyan yeni ABŞ adminsitrasiyasından daha güclü dəstək almaq istəyir.
Paşinyanın ABŞ səfərindən öncə yayılan xəbərlərdə onun Trampla görüşünün planlaşdırılmadığı qeyd olunub. Bununla belə Ermənistan hökumətinin rəhbəri ABŞ-da keçirəcəyi görüşlərdə ölkəsi üçün sərfəli nəticələr qazanmaq niyyətində olduğu heç kəsə sirr deyil.
Milli Məclisin Müdafiə, təhlükəsizlik və korrupsiya ilə mübarizə komitəsinin sədri Arzu Nağıyev bildirib ki, Paşinyan nəyin bahasına olursa-olsun, Trampla görüşün təşkil olunmasına nail olmaq və ölkəsi üçün zəmanətlər əldə etmək istəyir.
Onun sözlərinə görə, bu səfər çərçivəsində Türkiyə ilə münasibətlərin qurulması, sərhədlərin açılması və NATO ilə tərəfdaşlıq Paşinyan üçün gündəlikdə duran məsələlərdir:

"Ermənistan Avropa İttifaqı ilə münasibətləri genişləndirmək niyyətindədir və bu məsələni ABŞ-la müzakirə etməldir. Digər bir məqam İranla bağlıdır. ABŞ-ın ən böyük səfirliyi Ermənistanda yerləşir. Müzakirə mövzularından ən önəmlisi isə Azərbaycanla sülh müqaviləsinin imzalanması üçün atılacaq addımlar ola bilər. O cümlədən Qərblə Gürcüstan arasında yaşanan böhran fonunda Paşinyan hakimiyyəti Gürcüstanla münasibətlərin necə qurulacağı ilə bağlı direktivlər ala bilər. Paşinyan bütün bu proseslərlə bağlı ABŞ-ın zəmanətlərinə ümid edir".

© Sputnik / Murad OrujovArzu Nağıyev, arxiv
Депутат Милли Меджлиса (парламента) Азербайджанской Республики, член межпарламентской группы дружбы Азербайджан-Беларусь Арзу Нагиев - Sputnik Azərbaycan, 1920, 04.02.2025
Arzu Nağıyev, arxiv
Millət vəkili hesab edir ki, Paşinyan üçün senatdakı ermənipərəst senatorların fəaliyyəti və bu ölkədə yerləşən erməni diasporundan alacağı dəstək önəm kəsb edir:
"Mövcud Ermənistan hakimiyyətinin qərbpərəst olduğunu nəzərə alsaq, Paşinyanın ölkəsi üçün sərfəli nəticələr almaq üçün gedişlər edəcəyi şübhə doğurmur. Təbii ki, Trampın Paşinyanla görüşəcəyi sual altındadır. Hazırkı şəraitdə Ermənistan hökumətinin atdığı addımlar onu seçim qarşısında qoyub. Ermənistanın Avrasiya İqtisadi İttifaqının üzvü olduğu halda Aİ ilə yaxınlaşması təbii ki, Rusiyanı qıcıqlandırır. Bu baxımdan çətin siyasi vəziyyətdə olan Paşinyan mövcud siyasətin davamı üçün ABŞ-ın yeni administrasiyasının dəstəyinə ümid edir".
Politoloq İlyas Hüseynov isə hesab edir ki, Paşinyanın ABŞ-a səfəri Ermənistan-ABŞ strateji tərəfdaşlıq haqqında xartiyasının imzalnmasından sonra Ermənistan üçün hər hansı imtiyazların güdülməsini və axtarışını ehtiva edir:

"Bu xartiya Trampın inaqurasiyasından 6 gün öncə imzalandı. Bu xartiyanın hüquqi nəticələrinin axtarışı davam etdirilir. Burada Ermənistan lideri yeni ABŞ administrasiyasından ermənimərkəzli siyasətin davam etdirilməsinə ümid edir. Amma bunun belə olacağını düşünmürəm. Çünki Tramp yetərincə praqmatik bir siyasətçidir və Cənubi Qafqazdakı yeni reallıqları qəbul edərək, öz siyasəyi xəttini yürüdəcək".

© Photo : From personal archives of the İlyas Huseynovİlyas Hüseynov
İlyas Hüseynov - Sputnik Azərbaycan, 1920, 04.02.2025
İlyas Hüseynov
İlyas Hüseynov Paşinyanın keçirdiyi görüşlərdə etdiyi çağırışlara diqqət çəkib:

"Paşinyan istəyir ki, ABŞ siyasi elitası Cənubi Qafqazdakı sülh proseslərinə prioritet kimi yanaşsın və iki il müddətində sülh müqaviləsinin imzalanması yubanacaq. Hesab edirəm ki, bu Avropa İttifaqı Mülki Missiyasının Ermənistanda fəaliyyət müddətinin uzadılması ilə birbaşa əlaqəlidir. Sülh müqaviləsi üzrə razılaşdırılmayan iki bənddən biri iki ölkə sərhədində üçüncü qüvvələrin geri çəkilməsi ilə bağlıdır. Burada əsas vurğu mülki missiyasının mövcudluğunadır".

Digər maraqlı xəbərləri həmçinin Sputnik Azərbaycan-ın Teleqram kanalından izləyin.
Ermənistanın baş naziri Nikol Paşinyan  - Sputnik Azərbaycan, 1920, 04.02.2025
DÜNYA XƏBƏRLƏRİ
Yalnız sabit sülh demokratiyanın inkişafını təmin edə bilər - Paşinyan
Xəbər lenti
0