Вид на Москву-реку, фото из архива - Sputnik Azərbaycan, 1920
RUSİYA
Rusiya Federasiyasına dair aktual məqalələr

Orban: Putin Aİ nümayəndələrindən fərqli olaraq verdiyi vədlərə əməl edir

© AP Photo / Franc Zhurda Viktor Orban
 Viktor Orban - Sputnik Azərbaycan, 1920, 04.02.2025
Abunə olmaq
Macarıstanın Baş naziri deyir ki, Macarıstan bir çox razılaşmalardan sonra Rusiyaya etibar edə bilər.
BAKI, 3 fevral — Sputnik. Rusiya Prezidenti Vladimir Putin Avropa İttifaqının (Aİ) nümayəndələrindən fərqli olaraq verdiyi vədlərə həmişə əməl edib.
Bunu Macarıstanın Baş naziri Viktor Orban İsveçrənin "Neue Zurcher Zeitung" nəşrinə müsahibəsində deyib.

"Biz bir çox müqavilələr bağlamışıq. Putin həmişə sözünün üstündə durub. Son 15 ilin təcrübəsi göstərir ki, Macarıstan Rusiyaya etibar edə bilər", - siyasətçi bildirib.

Orban vurğulayıb ki, Rusiya Macarıstanın suverenliyini və azadlığını təhdid etmir. Baş nazirin sözlərinə görə, məhz Avropa İttifaqı ölkə üçün böyük təhlükə yaradır, onunla rasional razılaşmalar əldə etmək mümkün deyil.

"Onlar yalnız daxili siyasətdəki rəqiblərimi dəstəkləyirlər. Hər seçkidə səni məhv etmək istəyənlərlə bir masa arxasında oturmaq çətindir", - Orban fikrini yekunlaşdırıb.

Viktor Orban Rusiya lideri Vladimir Putini vicdanlı tərəfdaş hesab etdiyini bildirib. Eyni zamanda, siyasətçi Rusiya ilə diplomatik əlaqələri inkişaf etdirmək istədiyini də qeyd edib.
Digər maraqlı xəbərləri həmçinin Sputnik Azərbaycan-ın Teleqram kanalından izləyin.
Xəbər lenti
0