https://sputnik.az/20250204/neft-ucuzlasdi---tramp-sert-gomruk-tarifleri-qerarini-1-ay-muddetine-dayandirib-470370577.html
Neft ucuzlaşdı - Tramp sərt gömrük tarifləri qərarını 1 ay müddətinə dayandırıb
Neft ucuzlaşdı - Tramp sərt gömrük tarifləri qərarını 1 ay müddətinə dayandırıb
Sputnik Azərbaycan
ABŞ Prezidenti Donald Trampın Kanada, Çin və Meksikaya gömrük rüsumları tətbiq etməsi bazarlarda kəskin çalxalanmaya səbəb olub. 04.02.2025, Sputnik Azərbaycan
2025-02-04T13:03+0400
2025-02-04T13:03+0400
2025-02-04T13:03+0400
neft
neft-qaz
qaz
qiymət
azeri light markalı neft
brent
birja
https://cdnn1.img.sputnik.az/img/07e7/07/1e/457288643_0:160:3072:1888_1920x0_80_0_0_5ca66dfd31ef15c91c3eab58c649b200.jpg
BAKI, 4 fevral — Sputnik. ABŞ Prezidenti Donald Trampın Meksika və Kanadaya sərt gömrük tarifləri barədə qərarını bir ay müddətinə dayandırması, eyni zamanda aprel ayından etibarən "OPEC plyus" ölkələrinin hasilatı artırması perspektivi də neft qiymətlərinə təsir göstərib. Nəticədə qiymətlər geriləyib. "Brent" markalı neft 50 sent ucuzlaşaraq 75,46 dollar, ABŞ-nin Qərbi Texas nefti (WTI) 89 sent azalaraq 72,27 dollar olub. "Azeri Light" markalı Azərbaycan nefti 37 sent azalaraq 78,15 dollar təşkil edib. Qeyd edək ki, ABŞ Prezidenti Donald Trampın Kanada, Çin və Meksikaya gömrük rüsumları tətbiq etməsi bazarlarda kəskin çalxalanmaya səbəb olub. Qeyd olunur ki, bu addım ABŞ iqtisadiyyatına ciddi zərbə vura və istehlakçılar üçün qiymət artımına səbəb ola bilər. Bunun fonunda dollar indeksi 1% bahalaşıb, qlobal birjalar isə kəskin ucuzlaşıb. Kanada dolları 2003-cü ildən bəri ən aşağı səviyyəyə düşüb. İnvestorlar riskli aktivlərdən kütləvi şəkildə qaçmağa başladığı üçün kriptovalyutalar da təzyiqə məruz qalıb. ABŞ prezidenti Donald Tramp qeyri-qanuni mühacirlərin və narkotiklərin yaratdığı ciddi təhlükə səbəbindən Kanada, Çin və Meksikadan gələn mallara rüsum tətbiq etmək qərarına gəldiyini bildirib: "Bu, qeyri-qanuni mühacirlərin ciddi təhlükəsi və fentanil də daxil olmaqla vətəndaşlarımızı öldürən ölümcül narkotiklər səbəbindən edildi. Biz amerikalıları qorumalıyıq və hamımızın təhlükəsizliyini təmin etmək prezident kimi mənim məsuliyyətimdir". Daha sonra ABŞ Prezidenti Donald Tramp ABŞ administrasiyasının bu ölkə ilə ticarət razılaşması əldə etmək üçün Kanadadan mallara idxal rüsumlarını 30 gün müddətinə dayandıracağını təsdiqləyib. Bu arada, Çin ABŞ tarifinin qüvvəyə minməsindən qısa müddət sonra ABŞ məhsullarına 10%-dən 15%-ə qədər tariflər elan edib. Bu barədə Çin Hökuməti bildirib. Məlumata görə, fevralın 10-dan etibarən Çin kömür və mayeləşdirilmiş təbii qaza 15%, xam neft, kənd təsərrüfatı maşınları, irihəcmli avtomobillər və yük maşınlarına isə 10% əlavə tarif tətbiq edəcək. Çinin tarif qərarı ABŞ tarifinin qüvvəyə minməsindən bir neçə dəqiqə sonra gəlib. Xatırladaq ki, 2024-cü il ərzində dünya bazarlarında "Azeri Light" (CIF) markalı neftin 1 barelinin orta illik ixrac qiyməti bəlli olub. Ötən il ərzində Azərbaycan neftinin orta qiyməti 82,87 dollar olub. 2024-cü ildə Azərbaycan neftinin ən yüksək göstərici 94,73 dollar təşkil edib, ən minimal göstəricisi isə 71,87 dollar səviyyəsində olub. Ötən il Azərbaycanın dövlət büdcəsində bir barel neftin orta illik ixrac qiyməti 75 dollardan hesablanıb. Cari ildə isə neftin bir barelinin orta illik ixrac qiyməti 70 dollar səviyyəsində götürülüb.Digər maraqlı xəbərləri həmçinin Sputnik Azərbaycan-ın Teleqram kanalından izləyin.
Sputnik Azərbaycan
media@sputniknews.com
+74956456601
MIA „Rossiya Segodnya“
2025
Xalid Məmmədov
https://cdnn1.img.sputnik.az/img/07e5/06/10/427232791_167:-1:1127:960_100x100_80_0_0_3163a67afe6eda2fe28ebb5d0ec95939.jpg
Xalid Məmmədov
https://cdnn1.img.sputnik.az/img/07e5/06/10/427232791_167:-1:1127:960_100x100_80_0_0_3163a67afe6eda2fe28ebb5d0ec95939.jpg
xəbərlər
ru_AZ
Sputnik Azərbaycan
media@sputniknews.com
+74956456601
MIA „Rossiya Segodnya“
https://cdnn1.img.sputnik.az/img/07e7/07/1e/457288643_171:0:2902:2048_1920x0_80_0_0_5cf1b0365278049a7e49798284b977ac.jpgSputnik Azərbaycan
media@sputniknews.com
+74956456601
MIA „Rossiya Segodnya“
Xalid Məmmədov
https://cdnn1.img.sputnik.az/img/07e5/06/10/427232791_167:-1:1127:960_100x100_80_0_0_3163a67afe6eda2fe28ebb5d0ec95939.jpg
neft, qaz, qiymət, azeri light markalı neft, brent, birja
neft, qaz, qiymət, azeri light markalı neft, brent, birja
Neft ucuzlaşdı - Tramp sərt gömrük tarifləri qərarını 1 ay müddətinə dayandırıb
ABŞ Prezidenti Donald Trampın Kanada, Çin və Meksikaya gömrük rüsumları tətbiq etməsi bazarlarda kəskin çalxalanmaya səbəb olub.
BAKI, 4 fevral — Sputnik. ABŞ Prezidenti Donald Trampın Meksika və Kanadaya sərt gömrük tarifləri barədə qərarını bir ay müddətinə dayandırması, eyni zamanda aprel ayından etibarən "OPEC plyus" ölkələrinin hasilatı artırması perspektivi də neft qiymətlərinə təsir göstərib. Nəticədə qiymətlər geriləyib.
"Brent" markalı neft 50 sent ucuzlaşaraq 75,46 dollar, ABŞ-nin Qərbi Texas nefti (WTI) 89 sent azalaraq 72,27 dollar olub.
"Azeri Light" markalı Azərbaycan nefti 37 sent azalaraq 78,15 dollar təşkil edib.
Qeyd edək ki, ABŞ Prezidenti Donald Trampın Kanada, Çin və Meksikaya gömrük rüsumları tətbiq etməsi bazarlarda kəskin çalxalanmaya səbəb olub. Qeyd olunur ki, bu addım ABŞ iqtisadiyyatına ciddi zərbə vura və istehlakçılar üçün qiymət artımına səbəb ola bilər. Bunun fonunda dollar indeksi 1% bahalaşıb, qlobal birjalar isə kəskin ucuzlaşıb. Kanada dolları 2003-cü ildən bəri ən aşağı səviyyəyə düşüb. İnvestorlar riskli aktivlərdən kütləvi şəkildə qaçmağa başladığı üçün kriptovalyutalar da təzyiqə məruz qalıb.
ABŞ prezidenti Donald Tramp qeyri-qanuni mühacirlərin və narkotiklərin yaratdığı ciddi təhlükə səbəbindən Kanada, Çin və Meksikadan gələn mallara rüsum tətbiq etmək qərarına gəldiyini bildirib: "Bu, qeyri-qanuni mühacirlərin ciddi təhlükəsi və fentanil də daxil olmaqla vətəndaşlarımızı öldürən ölümcül narkotiklər səbəbindən edildi. Biz amerikalıları qorumalıyıq və hamımızın təhlükəsizliyini təmin etmək prezident kimi mənim məsuliyyətimdir".
Daha sonra ABŞ Prezidenti Donald Tramp ABŞ administrasiyasının bu ölkə ilə ticarət razılaşması əldə etmək üçün Kanadadan mallara idxal rüsumlarını 30 gün müddətinə dayandıracağını təsdiqləyib.
Bu arada, Çin ABŞ tarifinin qüvvəyə minməsindən qısa müddət sonra ABŞ məhsullarına 10%-dən 15%-ə qədər tariflər elan edib. Bu barədə Çin Hökuməti bildirib. Məlumata görə, fevralın 10-dan etibarən Çin kömür və mayeləşdirilmiş təbii qaza 15%, xam neft, kənd təsərrüfatı maşınları, irihəcmli avtomobillər və yük maşınlarına isə 10% əlavə tarif tətbiq edəcək. Çinin tarif qərarı ABŞ tarifinin qüvvəyə minməsindən bir neçə dəqiqə sonra gəlib.
Xatırladaq ki, 2024-cü il ərzində dünya bazarlarında "Azeri Light" (CIF) markalı neftin 1 barelinin orta illik ixrac qiyməti bəlli olub. Ötən il ərzində Azərbaycan neftinin orta qiyməti 82,87 dollar olub.
2024-cü ildə Azərbaycan neftinin ən yüksək göstərici 94,73 dollar təşkil edib, ən minimal göstəricisi isə 71,87 dollar səviyyəsində olub.
Ötən il Azərbaycanın dövlət büdcəsində bir barel neftin orta illik ixrac qiyməti 75 dollardan hesablanıb. Cari ildə isə neftin bir barelinin orta illik ixrac qiyməti 70 dollar səviyyəsində götürülüb.
Digər maraqlı xəbərləri həmçinin Sputnik Azərbaycan-ın Teleqram kanalından izləyin.