https://sputnik.az/20250204/en-yersiz-xercler-usad-in-maliyyelesdirdiyi-terrorizm-transgenderler-heroin-istehsali-470385898.html
Ən yersiz xərclər: USAİD-in maliyyələşdirdiyi terrorizm, transgenderlər, heroin istehsalı
Ən yersiz xərclər: USAİD-in maliyyələşdirdiyi terrorizm, transgenderlər, heroin istehsalı
Sputnik Azərbaycan
Tramp dəfələrlə USAID-i tənqid edərək, agentliyin ABŞ-ın maraqlarına cavab verməyən layihələrə ABŞ vergi ödəyicilərinin vəsaitlərini xərclədiyini söyləyib. 04.02.2025, Sputnik Azərbaycan
2025-02-04T18:30+0400
2025-02-04T18:30+0400
2025-02-04T18:30+0400
dünya xəbərləri
abş-ın beynəlxalq inkişaf agentliyinin (usaid) ölkə üzrə direktoru mikela merediç
abş
xərclər
rusiya xarici işlər nazirliyinin sözçüsü mariya zaxarova
dövlət katibi
abş dövlət katibi
https://cdnn1.img.sputnik.az/img/07e9/02/04/470384313_0:0:3012:1694_1920x0_80_0_0_76fc085523fed7aee60a1c225fa9a2de.jpg
BAKI, 4 fevral — Sputnik. Ağ Ev Beynəlxalq İnkişaf Agentliyinin (USAID) ən "yersiz xərcləri"nin siyahısını açıqlayıb. Belə ki, Beynəlxalq İnkişaf Agentliyinin (USAID) hazırda ayrılan xarici yardımın yenidən təşkili və baxılması mərhələsində olan, terror təşkilatlarına dəstəyi də daxil edən ən "yersiz xərclərin"in siyahısını dərc edilib.Ağ Evin bəyanatında deyilib:Qeyd olunub ki, hətta baş müfəttiş təhqiqata başladıqdan sonra belə, USAİD-in göndərdiyi vəsaitlər arasında tanınmış terror təşkilatları ilə əlaqəli qeyri-kommersiya təşkilatının ehtiyaclarına və və ABŞ və Rusiyada qadağan olunmuş "Əl-Qaidə"* terror təşkilatı ilə əlaqəli suriyalı yaraqlıların qidalanmasına yüz minlərlə dollar vəsait olub.Ağ Evin yeni administrasiyası xarici ölkələrdə transgender hüquqları ilə bağlı layihələrin maliyyələşdirilməsindən də narazıdır. Buna misal olaraq Kolumbiyada "transgender operası" üçün 47 min dollar, Peruda "transgender komiksləri" üçün 32 min dolları göstərmək olar.Bəyanatda, həmçinin qeyd olunub ki, ABŞ vergi ödəyicilərinin pullarından yüz milyonlarla dollar məbləğində pul vəsaiti Əfqanıstanda suvarma kanallarının tikintisinə və gübrə alınmasına gedib. Ağ Evin bəyanatına görə bütün bunlar isə nəticədə heroin istehsalında istifadə olunurlar. Ağ Ev bildirib ki, agentlik, həmçinin İrlandiyada "müxtəliflik, bərabərlik və inklüzivlik" (DEI) siyasətini təbliğ edən musiqili filmə 70 min dollar xərcləyib.USAID ABŞ Hakimiyyətlərinin işini zədələyirUSAİD-in fəaliyyətini şərh edən ABŞ dövlət katibi Marko Rubio "Fox News" telekanalına müsahibəsində deyib ki, agentlik ölkənin milli maraqlarını nəzərə almağı dayandırıb və ABŞ hakimiyyətinin işinə xələl gətirir."Onlar vergi ödəyicilərinin pullarını götürüb, milli maraqlara uyğun olub-olmamasından asılı olmayaraq qlobal xeyriyyə fondu kimi xərcləyirlər. USAID nəinki əməkdaşlıq etmir, həm də bizim gördüyümüz işlərə xələl gətirir", - o, müsahibəsində deyib.ABŞ dövlət katibi əlavə edib ki, agentlik, "sadəcə olaraq elə hesab edir ki, ABŞ üçün işləmir".Bazar ertəsi ABŞ Prezidenti Donald Tramp Rubionu ABŞ Beynəlxalq İnkişaf Agentliyinin (USAİD) rəhbəri vəzifəsinin icraçısı edən təyin edib, o da öz növbəsində agentlik tərəfindən ayrılan xarici yardıma yenidən baxılması barədə Konqresə məlumat verib.Rubio əvvəllər USAİD-in Dövlət Departamenti ilə birləşməsi qərarının agentliyin proqramlarına son qoymaq məqsədi daşımadığını, onun idarə olunmasındakı problemlərlə bağlı olduğunu bildirib. Tramp dəfələrlə USAID-i tənqid edərək, onun Birləşmiş Ştatların vergi ödəyicilərinin pullarını ABŞ-ın maraqlarına xidmət etməyən layihələrə xərclədiyini bildirib.USAID "cib" mediasını cinayətləri susdurmağa məcbur edibRusiya Xarici İşlər Nazirliyinin rəsmi nümayəndəsi Mariya Zaxarova özünün "Teleqram" kanalında yazıb ki, USAID müstəqil media adlanan qurumları Ukrayna Silahlı Qüvvələrinin (USQ) Sudcadakı internat məktəbinə hücumu kimi cinayətlərə məhəl qoymamağa məcbur edib."Hazırkı son dərəcə maraqlı ABŞ sənədindən, məsələn, "strateji susqunluq" kimi fəal şəkildə tətbiq olunan saxta reallıq qurma metodunu öyrənmək olar. USAID bu cür "cib" mediası sponsorunun sifarişi ilə razılaşdırılmış hadisələrin Vaşinqtonda təsdiqlənmiş versiyasına sığmayan əlverişsiz süjetlərə, faktlara və fikirlərə məhəl qoymamağı nəzərdə tutur. Sudcaya zərbə? Sudca nədir? Çay sahili? Heç bir çay sahili-filan olmayıb. Yəqin ki, sxemi başa düşdünüz", - Zaxarova izah edib.*Terrorçu kimi tanınır, Rusiya Federasiyasının ərazisində fəaliyyət qadağandır.Digər maraqlı xəbərləri həmçinin Sputnik Azərbaycan-ın Teleqram kanalından izləyin.
abş
Sputnik Azərbaycan
media@sputniknews.com
+74956456601
MIA „Rossiya Segodnya“
2025
Aygül Tağıyeva
https://cdnn1.img.sputnik.az/img/07e5/02/0f/426229726_632:-1:2679:2047_100x100_80_0_0_bf9f4a66d2062eb596bb6df525ab6306.jpg
Aygül Tağıyeva
https://cdnn1.img.sputnik.az/img/07e5/02/0f/426229726_632:-1:2679:2047_100x100_80_0_0_bf9f4a66d2062eb596bb6df525ab6306.jpg
xəbərlər
ru_AZ
Sputnik Azərbaycan
media@sputniknews.com
+74956456601
MIA „Rossiya Segodnya“
https://cdnn1.img.sputnik.az/img/07e9/02/04/470384313_281:0:3012:2048_1920x0_80_0_0_291ede6431f080133af50098bb978361.jpgSputnik Azərbaycan
media@sputniknews.com
+74956456601
MIA „Rossiya Segodnya“
Aygül Tağıyeva
https://cdnn1.img.sputnik.az/img/07e5/02/0f/426229726_632:-1:2679:2047_100x100_80_0_0_bf9f4a66d2062eb596bb6df525ab6306.jpg
abş-ın beynəlxalq inkişaf agentliyinin (usaid) ölkə üzrə direktoru mikela merediç, abş, xərclər, rusiya xarici işlər nazirliyinin sözçüsü mariya zaxarova, dövlət katibi, abş dövlət katibi
abş-ın beynəlxalq inkişaf agentliyinin (usaid) ölkə üzrə direktoru mikela merediç, abş, xərclər, rusiya xarici işlər nazirliyinin sözçüsü mariya zaxarova, dövlət katibi, abş dövlət katibi
Ən yersiz xərclər: USAİD-in maliyyələşdirdiyi terrorizm, transgenderlər, heroin istehsalı
Tramp dəfələrlə USAID-i tənqid edərək, agentliyin ABŞ-ın maraqlarına cavab verməyən layihələrə ABŞ vergi ödəyicilərinin vəsaitlərini xərclədiyini söyləyib.
BAKI, 4 fevral — Sputnik. Ağ Ev Beynəlxalq İnkişaf Agentliyinin (USAID) ən "yersiz xərcləri"nin siyahısını açıqlayıb. Belə ki, Beynəlxalq İnkişaf Agentliyinin (USAID) hazırda ayrılan xarici yardımın yenidən təşkili və baxılması mərhələsində olan, terror təşkilatlarına dəstəyi də daxil edən ən "yersiz xərclərin"in siyahısını dərc edilib.
Ağ Evin bəyanatında deyilib:
"Onilliklər ərzində USAİD vergi ödəyiciləri qarşısında hesabat verə bilməyib, çünki o, çox az və ya heç bir nəzarət olmadan kök salmış bürokratların yersiz və bir çox hallarda zərərli layihələrinə böyük məbləğdə pul xərcləyib".
Qeyd olunub ki, hətta baş müfəttiş təhqiqata başladıqdan sonra belə, USAİD-in göndərdiyi vəsaitlər arasında tanınmış terror təşkilatları ilə əlaqəli qeyri-kommersiya təşkilatının ehtiyaclarına və və ABŞ və Rusiyada qadağan olunmuş "Əl-Qaidə"* terror təşkilatı ilə əlaqəli suriyalı yaraqlıların qidalanmasına yüz minlərlə dollar vəsait olub.
Ağ Evin yeni administrasiyası xarici ölkələrdə transgender hüquqları ilə bağlı layihələrin maliyyələşdirilməsindən də narazıdır. Buna misal olaraq Kolumbiyada "transgender operası" üçün 47 min dollar, Peruda "transgender komiksləri" üçün 32 min dolları göstərmək olar.
Bəyanatda, həmçinin qeyd olunub ki, ABŞ vergi ödəyicilərinin pullarından yüz milyonlarla dollar məbləğində pul vəsaiti Əfqanıstanda suvarma kanallarının tikintisinə və gübrə alınmasına gedib. Ağ Evin bəyanatına görə bütün bunlar isə nəticədə heroin istehsalında istifadə olunurlar. Ağ Ev bildirib ki, agentlik, həmçinin İrlandiyada "müxtəliflik, bərabərlik və inklüzivlik" (DEI) siyasətini təbliğ edən musiqili filmə 70 min dollar xərcləyib.
USAID ABŞ Hakimiyyətlərinin işini zədələyir
USAİD-in fəaliyyətini şərh edən ABŞ dövlət katibi Marko Rubio "Fox News" telekanalına müsahibəsində deyib ki, agentlik ölkənin milli maraqlarını nəzərə almağı dayandırıb və ABŞ hakimiyyətinin işinə xələl gətirir.
"Onlar vergi ödəyicilərinin pullarını götürüb, milli maraqlara uyğun olub-olmamasından asılı olmayaraq qlobal xeyriyyə fondu kimi xərcləyirlər. USAID nəinki əməkdaşlıq etmir, həm də bizim gördüyümüz işlərə xələl gətirir", - o, müsahibəsində deyib.
ABŞ dövlət katibi əlavə edib ki, agentlik, "sadəcə olaraq elə hesab edir ki, ABŞ üçün işləmir".
Bazar ertəsi ABŞ Prezidenti Donald Tramp Rubionu ABŞ Beynəlxalq İnkişaf Agentliyinin (USAİD) rəhbəri vəzifəsinin icraçısı edən təyin edib, o da öz növbəsində agentlik tərəfindən ayrılan xarici yardıma yenidən baxılması barədə Konqresə məlumat verib.
Rubio əvvəllər USAİD-in Dövlət Departamenti ilə birləşməsi qərarının agentliyin proqramlarına son qoymaq məqsədi daşımadığını, onun idarə olunmasındakı problemlərlə bağlı olduğunu bildirib. Tramp dəfələrlə USAID-i tənqid edərək, onun Birləşmiş Ştatların vergi ödəyicilərinin pullarını ABŞ-ın maraqlarına xidmət etməyən layihələrə xərclədiyini bildirib.
USAID "cib" mediasını cinayətləri susdurmağa məcbur edib
Rusiya Xarici İşlər Nazirliyinin rəsmi nümayəndəsi Mariya Zaxarova özünün "Teleqram" kanalında yazıb ki, USAID müstəqil media adlanan qurumları Ukrayna Silahlı Qüvvələrinin (USQ) Sudcadakı internat məktəbinə hücumu kimi cinayətlərə məhəl qoymamağa məcbur edib.
"USAİD tərəfindən hazırlanmış "Dezinformasiya ilə Mübarizə Təlimatının" skrinşotları internetin ABŞ seqmentində dərc edilib ki, bu da mahiyyət etibarı ilə dünyanın "müstəqil" media və sosial media platformaları arasından saysız-hesabsız qrant yeyənlər üçün ictimai rəyi manipulyasiya etməkdən ötrü təlimatdır", – diplomat özünün "Teleqram" kanalında yazıb.
"Hazırkı son dərəcə maraqlı ABŞ sənədindən, məsələn, "strateji susqunluq" kimi fəal şəkildə tətbiq olunan saxta reallıq qurma metodunu öyrənmək olar. USAID bu cür "cib" mediası sponsorunun sifarişi ilə razılaşdırılmış hadisələrin Vaşinqtonda təsdiqlənmiş versiyasına sığmayan əlverişsiz süjetlərə, faktlara və fikirlərə məhəl qoymamağı nəzərdə tutur. Sudcaya zərbə? Sudca nədir? Çay sahili? Heç bir çay sahili-filan olmayıb. Yəqin ki, sxemi başa düşdünüz", - Zaxarova izah edib.
"Hazırda təkcə USAİD-in "yardım" proqramlarının dayandırılmasından sonra yetim qalmış media şəbəkələrinə (xüsusilə onların bir çoxu Ukrayna və Gürcüstanda "əziyyət çəkib") deyil, həm də hörmətli beynəlxalq strukturların fəaliyyəti ilə bağlı çox şey aydınlaşır. Məsələn, YUNESKO-nun baş direktoru Odri Azule rusiyalı jurnalistlərin və müharibə müxbirlərinin ukrobanderaçılar tərəfindən qətlə yetirilməsini sadəcə susdurmaq və bununla da cinayətkar Kiyev rejimini ört-basdır etməklə kifayətlənmir, həm də "strateji susqunluq rejiminə riayət edirlər", - Zaxarova sözünü tamamlayıb.
*Terrorçu kimi tanınır, Rusiya Federasiyasının ərazisində fəaliyyət qadağandır.
Digər maraqlı xəbərləri həmçinin Sputnik Azərbaycan-ın Teleqram kanalından izləyin.