https://sputnik.az/20250204/azerbaycanda-kend-teserrufatinda-innovasiyalarin-tetbiqi-genislendirilir-470379036.html
Azərbaycanda kənd təsərrüfatında innovasiyaların tətbiqi genişləndirilir
Azərbaycanda kənd təsərrüfatında innovasiyaların tətbiqi genişləndirilir
Sputnik Azərbaycan
İqlim stansiyaları bitkilərin inkişaf prosesində xəstəlik və zərərvericilərin inkişaf fazasını müşahidə etməyə, buna uyğun olaraq sahə işlərini vaxtında və... 04.02.2025, Sputnik Azərbaycan
2025-02-04T22:35+0400
2025-02-04T22:35+0400
2025-02-04T22:35+0400
kənd təsərrüfatı
iqtisadiyyat
xəstəlik
təhlükəli zərərverici
azərbaycan
https://cdnn1.img.sputnik.az/img/07e6/06/09/442736091_0:67:1280:787_1920x0_80_0_0_66685252c9dc972fdcdc03fcfc8be864.jpg
BAKI, 4 fevral — Sputnik. Azərbaycanın kənd təsərrüfatında yeni texnologiyalar və innovasiyaların tətbiqi ildən-ilə genişlənir. Kənd Təsərrüfatı Nazirliyinin İctimaiyyətlə əlaqələr və informasiya təminatı şöbəsindən Sputnik Azərbaycan-a bildirilib ki, Aqrar Subsidiya Şurası bu prosesi dəstəkləmək məqsədilə yeni qərar qəbul edib. Qərara əsasən, bir dəfəyə məxsus əkin subsidiyası almaq üçün 2024-cü il sentyabrın 1-dən 2025-ci il mayın 31-dək minimum 15 hektar sahədə salınacaq və yağış yağdırma üsuluna əsaslanan suvarma sistemi ilə təmin olunmuş çay plantasiyaları, üzüm, nar, zeytun, limon, kinkan, narıngi, portağal, şaftalı (nektarin), ərik, püstə, alma, armud, xurma (xirnik), badam, qoz, dağlıq və dağətəyi ərazilərdə salınacaq fındıq bağlarında iqlim stansiyalarının quraşdırılması zəruridir. Qeyd edək ki, iqlim stansiyaları bitkilərin inkişaf prosesində xəstəlik və zərərvericilərin inkişaf fazasını müşahidə etməyə, buna uyğun olaraq sahə işlərini vaxtında və düzgün proqnozlaşdırmağa imkan verən müasir innovativ sistemdir. Stansiyada mövcud olan sensorlar havanın temperaturu, rütubət səviyyəsi, yağış miqdarı, yarpaq nəmi və yağıntıların düşmə vaxtı, küləyin sürəti barədə məlumatları toplayaraq fermerə ötürür. Bu isə müasir intensiv bağlarda yarana biləcək risklərə qarşı vaxtında preventiv tədbirlər görməyə, riskləri azaltmağa imkan verir. Fermerlər bitki xəstəlik və zərərvericilərinə qarşı mübarizə tədbirlərini bu məlumatları nəzərə almaqla planlaşdırırlar. Nəticədə xəstəlik və zərərvericilərə qarşı mübarizənin effektivliyi artır, məhsul istehsalı çoxalır, eyni zamanda fermerlər xərclərini optimallaşdıra bilirlər. İqlim stansiyalarının istifadəsi su resurslarından səmərəli istifadəni də təmin etmiş olur. Bu sistem sayəsində fermerlər təsərrüfatın hansı hissəsində və nə qədər suya ehtiyac yarandığını əvvəldən bilir və suvarmada tələb olunan qədər su sərf etməklə israfa yol vermirlər. Digər maraqlı xəbərləri həmçinin Sputnik Azərbaycan-ın Teleqram kanalından izləyin.
azərbaycan
Sputnik Azərbaycan
media@sputniknews.com
+74956456601
MIA „Rossiya Segodnya“
2025
Xalid Məmmədov
https://cdnn1.img.sputnik.az/img/07e5/06/10/427232791_167:-1:1127:960_100x100_80_0_0_3163a67afe6eda2fe28ebb5d0ec95939.jpg
Xalid Məmmədov
https://cdnn1.img.sputnik.az/img/07e5/06/10/427232791_167:-1:1127:960_100x100_80_0_0_3163a67afe6eda2fe28ebb5d0ec95939.jpg
xəbərlər
ru_AZ
Sputnik Azərbaycan
media@sputniknews.com
+74956456601
MIA „Rossiya Segodnya“
https://cdnn1.img.sputnik.az/img/07e6/06/09/442736091_72:0:1209:853_1920x0_80_0_0_034c4bc3de03e078cb97edacfb51a39a.jpgSputnik Azərbaycan
media@sputniknews.com
+74956456601
MIA „Rossiya Segodnya“
Xalid Məmmədov
https://cdnn1.img.sputnik.az/img/07e5/06/10/427232791_167:-1:1127:960_100x100_80_0_0_3163a67afe6eda2fe28ebb5d0ec95939.jpg
kənd təsərrüfatı, xəstəlik, təhlükəli zərərverici, azərbaycan
kənd təsərrüfatı, xəstəlik, təhlükəli zərərverici, azərbaycan
Azərbaycanda kənd təsərrüfatında innovasiyaların tətbiqi genişləndirilir
İqlim stansiyaları bitkilərin inkişaf prosesində xəstəlik və zərərvericilərin inkişaf fazasını müşahidə etməyə, buna uyğun olaraq sahə işlərini vaxtında və düzgün proqnozlaşdırmağa imkan verən müasir innovativ sistemdir.
BAKI, 4 fevral — Sputnik. Azərbaycanın kənd təsərrüfatında yeni texnologiyalar və innovasiyaların tətbiqi ildən-ilə genişlənir.
Kənd Təsərrüfatı Nazirliyinin İctimaiyyətlə əlaqələr və informasiya təminatı şöbəsindən Sputnik Azərbaycan-a bildirilib ki, Aqrar Subsidiya Şurası bu prosesi dəstəkləmək məqsədilə yeni qərar qəbul edib.
Qərara əsasən, bir dəfəyə məxsus əkin subsidiyası almaq üçün 2024-cü il sentyabrın 1-dən 2025-ci il mayın 31-dək minimum 15 hektar sahədə salınacaq və yağış yağdırma üsuluna əsaslanan suvarma sistemi ilə təmin olunmuş çay plantasiyaları, üzüm, nar, zeytun, limon, kinkan, narıngi, portağal, şaftalı (nektarin), ərik, püstə, alma, armud, xurma (xirnik), badam, qoz, dağlıq və dağətəyi ərazilərdə salınacaq fındıq bağlarında iqlim stansiyalarının quraşdırılması zəruridir.
Qeyd edək ki, iqlim stansiyaları bitkilərin inkişaf prosesində xəstəlik və zərərvericilərin inkişaf fazasını müşahidə etməyə, buna uyğun olaraq sahə işlərini vaxtında və düzgün proqnozlaşdırmağa imkan verən müasir innovativ sistemdir.
Stansiyada mövcud olan sensorlar havanın temperaturu, rütubət səviyyəsi, yağış miqdarı, yarpaq nəmi və yağıntıların düşmə vaxtı, küləyin sürəti barədə məlumatları toplayaraq fermerə ötürür. Bu isə müasir intensiv bağlarda yarana biləcək risklərə qarşı vaxtında preventiv tədbirlər görməyə, riskləri azaltmağa imkan verir.
Fermerlər bitki xəstəlik və zərərvericilərinə qarşı mübarizə tədbirlərini bu məlumatları nəzərə almaqla planlaşdırırlar. Nəticədə xəstəlik və zərərvericilərə qarşı mübarizənin effektivliyi artır, məhsul istehsalı çoxalır, eyni zamanda fermerlər xərclərini optimallaşdıra bilirlər.
İqlim stansiyalarının istifadəsi su resurslarından səmərəli istifadəni də təmin etmiş olur. Bu sistem sayəsində fermerlər təsərrüfatın hansı hissəsində və nə qədər suya ehtiyac yarandığını əvvəldən bilir və suvarmada tələb olunan qədər su sərf etməklə israfa yol vermirlər.
"Aqrar Subsidiya Şurasının bu qərarı bağlarda iqlim stansiyalarının tətbiqinin genişlənməsini stimullaşdıracaq", - məlumatda vurğulanıb.
Digər maraqlı xəbərləri həmçinin Sputnik Azərbaycan-ın Teleqram kanalından izləyin.